#Nəqura qərargahı

Hizbullahın yaydığı açıqlamaya görə, təşkilatın silahlı bölmələri İsrail ordusuna məxsus hərbi mövqelər və infrastruktur obyektlərinə qarşı pilotsuz uçuş aparatları və raketlərdən istifadə etməklə bir neçə əməliyyat keçirib. Qrup İsrailin şimalındakı hərbi bazaların, komanda mərkəzlərinin və hərbi texnikanın hədəfə alındığını iddia edir. Açıqlamada həm Livanın cənubunda, həm də İsrailin şimalında yerləşən obyektlərə qarşı hücumların həyata keçirildiyi bildirilib. Son günlər tərəflər arasında qarşılıqlı zərbələrin artması sərhəd bölgəsində gərginliyin daha da yüksəldiyini göstərir.