Birinci vitse-prezidenti Mehriban Əliyeva öz rəsmi Instagram səhifəsində 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanışlıqdan kadrlar paylaşıb. "Bakıda 19-cu 'Caspian Agro Week' və 31-ci 'InterFood Azerbaijan' sərgiləri ilə tanışlıq."
#aqrar sektor təhlükəsizliyi
Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı təyinatlı mexaniki nəqliyyat vasitələri və onların qoşqularının istifadəçilərinə müraciət edib. Agentlikdən bildirilib ki, qanunvericiliyə əsasən, traktor və digər mexaniki nəqliyyat vasitələri və onların qoşquları dövri olaraq texniki baxışdan keçməlidir. Texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin istismarı qanunla qadağandır. Bu səbəbdən kənd təsərrüfatı təyinatlı mexaniki nəqliyyat vasitələri və onların qoşqularının istifadəçiləri onlara məxsus nəqliyyat vasitələrini ildə bir dəfə dövlət texniki baxışa təqdim etməlidir.