BMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, Caspisnet elmi şəbəkəsi və Tehran Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə “Xəzər dənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksəksəviyyəli panel müzakirələri keçirilib. Tədbirin rəsmi hissəsində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xəzər dənizinin qlobal əhəmiyyəti, üzləşdiyi ekoloji təhdidlər və onun gələcək nəsillər üçün qorunması məqsədilə elmi tədqiqatlara əsaslanan birgə fəaliyyətlərin əhəmiyyəti barədə məlumat verib.