Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2025-ci ildə həyata keçirdiyi sosial müdafiə tədbirlərinin nəticələri və 2026-cı il üzrə hədəflərinə dair mətbuat konfransı keçirilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat verib. Fondun İdarə Heyətinin sədri Zəka Mirzəyev Prezident cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının nəticəsi olaraq ötən il ölkəmizdə növbəti, 2018-ci ildən isə beşinci sosial islahat zərfinin reallaşdırıldığını vurğulayıb.
#Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğının növbəti təzahürüdür. Sərəncam hazırda ünvanlı sosial yardımla təmin olunan 76 min ailəni (335200 nəfər ailə üzvü) əhatə edəcək və birdəfəlik maddi yardım bayram ərəfəsində onların maddi təminatına dəstək olacaq.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub. Bayram tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət edib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin mətnini parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov oxuyub.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən müntəzəm marşrutlar yanvarın 1-də saat 01:30-dək fəaliyyət göstərəcək.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb. Bildirilib ki, Sərəncamda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulur. Sənədə əsasən, bu məqsədlə 15,3 milyon manat vəsait ayrılıb.