#Azərbaycan innovasiya ekosistemi

İnnovasiya iqtisadiyyatı üzrə araşdırma platforması olan “StartupBlink” 2025-ci il üçün “StartupBlink Startup Ecosystem Awards” reytinqinin nəticələrini açıqlayıb. Nəticələrə əsasən, Azərbaycanın innovasiya ekosistemi Mərkəzi Asiya üzrə “Ən Böyük Qlobal İrəliləyiş” mükafatına layiq görülüb. Belə ki, Azərbaycan son reytinqdə 6 pillə irəliləyərək bu kateqoriyada Mərkəzi Asiya ölkələri arasında ən yüksək göstəriciyə nail olub.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) dünya üzrə bir çox ölkədə innovasiya fəaliyyətinə töhfə verən “Plug and Play” platforması ilə əməkdaşlığa başlayır. Əməkdaşlıq çərçivəsində startapların qlobal bazarlara, akselerasiya proqramlarına, böyük şirkətlərin mentor dəstəyinə və “Silikon Vadisi” şəbəkəsi daxil olmaqla, digər qlobal investorlara çıxış imkanlarının yaradılması, ümumilikdə isə innovasiya ekosisteminin qlobal əlaqələrinin gücləndirilməsi hədəflənir.