#Xocalı şəhərinin bərpası

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocalı şəhəri və Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Xocalı şəhərinə 25 ailə, 136 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 47 ailə, 189 nəfər köçürülüb.