Yaxın Şərq İran XİN sözçüsünün seçkilərlə bağlı bəyanatı qəbuledilməz müdaxilədir – İraq İraq Xarici İşlər Nazirliyi bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqaeyinin Bağdaddakı seçki prosesi ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib. Rəsmi Bağdad bəyanatı “təəccüblə və narazılıqla” qarşıladığını bildirib.