Xüsusilə diqqətçəkən məqamlardan biri odur ki, Peyğəmbər Məhəmməddən (s.ə.s) gündəlik həyatla bağlı nəql olunan hədislərin böyük bir qismi məhz yemək ədəbi ilə bağlıdır. Rəsulullah bütün işlərinə Allahın adını çəkərək başlamağı xoşlayardı. Yeməkdən öncə əllərini yuyar, sağ əli ilə və qarşısında olan yeməyi yeyərdi.