#Xankəndi

Mədəniyyət Nazirliyi və Xankəndi Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə sentyabrın 20-də Xankəndidə Şəhər Günü keçirilir. Bu münasibətlə Xankəndidə əsl bayram ab-havası yaşanır. Gün ərzində sərgi, tamaşa nümayişi və konsertlər təşkil olunacaq. Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edilib.

Azərbaycan tarixinin ən əlamətdar biri olan 20 Sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Bu günün təsis olunması sadəcə rəsmi bir tarixdən daha çox, azadlıq, vətən uğrunda mübarizənin, milli həmrəyliyin və qəhrəmanlığın əbədiləşdirilməsidir. S.Mikayılova qeyd edib ki, 2024-cü il sentyabrın 18-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsis edilən bu gün, 30 ilə yaxın davam edən işğal və çətin mübarizələrin sonunda ölkəmizin ərazi bütövlüyünün bərpasının, Azərbaycanın tarixi torpaqlarının düşmən işğalından azad edilməsinin və həmin şəhərlərdə Azərbaycan Dövlət Bayrağının qürurla dalğalanmasının simvoludur.

20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bununla bağlı Prezident İlham Əliyev 18 sentyabr 2024-cü il tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Qeyd edək ki, 2023-cü ilin sentyabrın 19-da Azərbaycan ordusu erməni silahlı birləşmələrinin təxribatları və terror aktlarına cavab olaraq lokal xarakterli antiterror tədbirləri başladaraq 24 saatdan az müddətdə separatçıları təslim olmağa məcbur edib.

2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.

Xocalı rayonunun Daşbulaq kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub. AzerVoice xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Yenidən qurulan və bərpa edilən evlərdə əhalinin normal yaşayışın təmin etmək üçün müasir tələblərə cavab verən hər cür şərait yaradılıb.

Sentyabrın 2-də Xankəndidə uzun müddət qondarma rejimin əsas simvolu və atributu kimi təqdim edilən qondarma rejimin “Xarici İşlər Nazirliyi”nin binasının söküntüsünə başlanılıb. Binanın söküntü işlərinə məhz bu gün başlanılması Azərbaycan üçün rəmzi məna daşıyır. Çünki məhz sentyabrın 2-si tarixi Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin elan olunmasının ildönümü kimi qeyd edilirdi.

Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi gələn il sonunadək başa çatdırılacaq. Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında üsusi nümayəndəsi Emin Hüseynov bildirib. O bildirib ki, hazırda qeyd olunan dəmir yolu xəttinin tikintisi aparılır.