VOA təhlil mərkəzi

Son qırx il ərzində silahlı qruplaşmalar (milislər) Yaxın Şərq siyasətinin ən bariz xüsusiyyətlərindən birinə çevrilmişdi. Bu qruplaşmalar müxtəlif adlar altında özlərini dövlətin "müvəqqəti alternativi" kimi təqdim edir, dövlətin aciz qaldığı vəzifələri icra etmək iddiası ilə onun yerini tutmağa çalışırdılar. Uzun müddət bu qruplaşmalar öz fəaliyyətlərini "xalqın dəstəyi", "daxili legitimlik" və "dövlətin zəifliyi" ilə əsaslandırsalar da, daxili, regional və beynəlxalq mühitdə toplanan köklü dəyişikliklər bu məntiqi ifşa etdi. Artıq bu milislərin xarici güclərin məhsulu olduğu, legitimliklərini kənar dəstəkdən aldıqları və sadəcə xarici layihələrin "əlaltısı" və ya "taktiki kartı" olduğu gizlədilə bilməz hala gəlib.

2026-cı ilin əvvəlindən etibarən Bitkoin bazarında kəskin dalğalanmalar müşahidə olunur. Rəqəmsal valyuta 100 min dollar səviyyəsinə qayıtmağa çalışsa da, daha çox eniş meyili nümayiş etdirib. Son 24 saat ərzində Bitkoin 3 faiz dəyər itirərək 86 226 dollara düşüb, daha sonra isə qismən bahalaşaraq 87 882 dollar səviyyəsində qərarlaşıb. "Presto Research" şirkətinin analitiki Rik Maeda bildirib ki, bu eniş rəqəmsal sektor daxilindəki hadisələrlə deyil, xarici amillərlə bağlıdır. O, Vaşinqtondakı siyasi durğunluğu və federal büdcə ilə bağlı qeyri-müəyyənliyi əsas səbəblər kimi göstərib. "Polymarket" proqnoz platformasına görə, demokratların Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsini bloklamaq hədələri fonunda hökumətin qapadılması (shutdown) ehtimalı 78 faizə çatıb.

Dünya birja göstəricilərini, valyuta tərəddüdlərini və qızğın siyasi xəbərləri izləməklə məşğul olduğu bir vaxtda, Birləşmiş Millətlər Təşkilatının (BMT) son hesabatı ənənəvi maliyyə böhranlarını kölgədə qoyacaq dərəcədə təhlükəli bir xəbərdarlıq siqnalı yaydı: Planetimiz "Su Müflisləşməsi" mərhələsinə daxil olub.

İraqda seçkilərdə qalib gələn şiə qüvvələrinin siyasi çətiri hesab olunan "Koordinasiya Çərçivəsi"nin (İtar ət-Tənsiqi) "Hüquq Dövləti" koalisiyasının lideri Nuri əl-Malikini baş nazir postuna namizəd göstərməsi ölkənin siyasi səhnəsində, xüsusən də sünni qüvvələr arasında ciddi fikir ayrılıqlarına səbəb olub.

Bilindiyi kimi,İsraildə parlament seçkiləri payızda keçirilməlidir. Lakin əgər parlament (Knesset) 2026-cı ilin dövlət büdcəsini martın 31-nə qədər təsdiqləyə bilməsə, hökumət qanunauyğun olaraq avtomatik şəkildə buraxılacaq. İsrail hökuməti büdcə layihəsini qanunu pozaraq iki aylıq gecikmə ilə Knessetə təqdim edib ki, bu da onun qəbul edilmə şansı ilə bağlı geniş şübhələr yaradır.

Bir neçə amerikalı rəsmisinin bölgəyə səfəri ilə eyni vaxtda İsrail İran məsələsində susqunluğunu qorumağa davam edir. Ehtimallara görə, İsrail pərdə arxasında ABŞ-ı Tehrana qarşı hökumətin devrilməsi ilə nəticələnəcək genişmiqyaslı hücuma sövq etməyə çalışır. Qeyri-rəsmi proqnozlar isə bu hücumun ehtimalı barədə fərqlidir.

2011-ci il 25 Yanvar hadisələri Misirin müasir tarixində dönüş nöqtəsi kimi təqdim edilsə də, illər keçdikcə bu prosesin niyə uğurla nəticələnmədiyi sualı daha kəskin şəkildə gündəmə gəlir. İnqilabın ildönümləri yaxınlaşdıqca məsuliyyətin kimdə olduğu barədə qarşılıqlı ittihamlar yenidən alovlanır. Lakin məsələni emosional müstəvidən çıxarıb siyasi analiz prizmasından dəyərləndirmək zərurəti artıq qaçılmazdır.

Suriyada baş verən son hadisələr fonunda terror təşkilatları PYD/YPG-nin (PKK terror təşkilatının Suriya qolu) nəzarətində formalaşdırılmış “Suriya Demokratik Qüvvələri”nin (SDQ) gələcəyi ilə bağlı ciddi fikir ayrılıqları müşahidə olunur. Müzakirələrdə yaşanan proseslər ya regional və beynəlxalq güc balansının dəyişməsi nəticəsində yaranmış siyasi geriləmə, ya da yeni razılaşmalar ərəfəsində məcburi yenidən mövqelənmə kimi qiymətləndirilir.

Son həftələrdə İranın müxtəlif şəhərlərində yenidən alovlanan etirazlar müşahidəçilər arasında tanış bir sualı gündəmə gətirib: İslam Respublikasının süqutu yaxınlaşırmı? Qiymət artımı, milli valyutanın dəyərdən düşməsi, işçi tətilləri və dini hakimiyyətə qarşı açıq meydan oxumalar əslində əksər rejimləri sarsıda biləcək səviyyədədir. Lakin "Nüvə İrana Qarşı Birləşmiş Şəxslər" təşkilatının baş məsləhətçisi və siyasi elmlər üzrə professor Səid Qolkarın "Foreign Policy"də dərc olunan məqaləsinə görə, İrandakı kütləvi etiraz dalğaları hələ də siyasi parçalanmaya çevrilməyib. Problemin mahiyyəti geniş müxalifətin olmamasında deyil; məsələ İrandakı hakimiyyət sisteminin elə başlanğıcdan məhz bu cür böhranlara qarşı davamlı qurulmasındadır.

Mən Suriyadakı son proseslərin və baş verənlərin geosiyasi analizini aparmaq, pərdəarxası məqamları açmaq və Türkiyənin bu mərhələdəki rolundan bəhs etmək niyyətində idim. Lakin Suriyanın rifah dövrünə, vətəndaş müharibəsinə, inqilab günlərinə şahidlik etmiş, milyonlarla suriyalı ərəb, türkmən və kürd qaçqının yaşadığı ağrı-acını dinləmiş bir insan kimi hiss etdim ki, məsələyə fərqli bucaqdan baxmalıyam.

Zahirən elə görünürdü ki, "Suriya Demokratik Qüvvələri"nin (SDQ/ PKK terror təşkilatının Suriya qolu) nüfuzunun süqutu cəmi bir neçə gün ərzində Şimali və Şərqi Suriyada güc balansını dəyişən sürətli hərbi əməliyyatın nəticəsidir. Lakin yerdə baş verənlər, əslində ölkədəki nüfuz xəritəsini yenidən formalaşdıran, diqqətdən kənarda, bir sıra məxfi görüşlər və gizli razılaşmalar vasitəsilə qurulan mürəkkəb siyasi və diplomatik yolun son halqası idi.

ABŞ və İran arasında etiraz aksiyalarını yatırmaq üçün həyata keçirilən təhlükəsizlik əməliyyatları fonunda gərginliyin artmasından sonra analitiklər xəbərdarlıq edirlər ki, İranda hakimiyyəti sarsıdan daxili iğtişaşlar nüvə silahlarının yayılması ilə bağlı risklər daşıya bilər. "Associated Press" agentliyinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp son günlərdə İrana hərbi zərbə endirməkdən çəkilmiş kimi görünsə də, şənbə günü ölkədə Ali Rəhbər Əli Xameneinin təxminən qırx illik hakimiyyətinə son qoymağa çağırıb.