VOA təhlil mərkəzi

Meksika xüsusi xidmət orqanlarının həyata keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində dünyanın ən təhlükəli narkobaronu Nemesio Oseguera Servantes öldürülüb. On ildən artıqdır ki, beynəlxalq axtarışda olan və "Halisko Yeni Nəsil" (CJNG) kartelinin qurucusu, "El Mencho" ləqəbli Nemesio Oseguera Servantes 22 fevral 2026-cı il tarixinə keçən gecə Meksikanın Tapalpa dağlarında keçirilən qanlı əməliyyat zamanı məhv edilib. Meksika təhlükəsizlik qüvvələrinin məlumatına görə, əməliyyat "El Mencho"nun böyrək çatışmazlığından müalicə aldığı gizli dağ xəstəxanasında, sevgilisinin vasitəsilə qurulan kəşfiyyat tələsi nəticəsində baş tutub. Toqquşmalar zamanı ağır yaralanan 60 yaşlı narkobaron helikopterlə təxliyə edilərkən yolda keçinib.

Pakistan və Əfqanıstan arasında gecə saatlarında başlayan birbaşa toqquşmalar və sərhədyanı döyüşlər iki qonşu ölkə arasındakı gərginliyi pik həddə çatdırıb. Hər iki tərəfdən itkilərin olduğu bildirilir, Pakistan rəsmiləri isə mövcud vəziyyəti "açıq müharibə" kimi xarakterizə edirlər. Londonun Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) məlumatlarına əsaslanan və "Reuters" agentliyi tərəfindən yayılan bu müqayisə, Pakistanın həm arsenal, həm də canlı qüvvə baxımından Əfqanıstan üzərində mütləq hərbi üstünlüyünü nümayiş etdirir:

Dünya narkotik ticarəti ilə mübarizə pərdəsi arxasında nadir torpaq elementləri və litium yataqları uğrunda gedən amansız rəqabətin şahidi olur. ABŞ-ın Meksika hökumətinə verdiyi son ultimatum — "limanları ya siz bağlayın, ya da biz bağlayacağıq" xəbərdarlığı, Vaşinqtonun qlobal ticarət maraqlarını qorumaq üçün hərbi və siyasi təzyiq rıçaqlarını işə saldığını göstərir. Bu gərginliyin mərkəzində isə təkcə narkotik daşınması deyil, Meksikanın strateji limanlarına və kritik mineral yataqlarına nəzarət edən "Xalisko Yeni Nəsil" (CJNG) karteli dayanır.

Köhnə qitə siyasi iflic, innovasiya böhranı və demoqrafik çöküşün məngənəsində öz qlobal təsirini itirir. Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Mario Draqinin "Avropa can çəkişərək ölür" xəbərdarlığı, qitənin sadəcə iqtisadi deyil, həm də sivilizasiya olaraq geri çəkildiyini təsdiqləyir. Draqinin hesabatı göstərir ki, Avropa rəqəmsal inqilabı və süni intellekt qatarını qaçırıb, daxili bürokratiya isə yenilikçi ideyaları hələ doğulmadan boğur.

Hindistanın Baş naziri Narendra Modi İsrailə iki günlük tarixi səfərini cümə axşamı günü yekunlaşdırıb. Səfər ümumi dəyəri 10 milyard dollar qiymətləndirilən strateji əməkdaşlıq sazişlərinin imzalanması ilə yadda qalıb. Bununla belə, İsrail parlamentinin (Knesset) qonağa təqdim etdiyi və "tarixi, misilsiz təltif" kimi qələmə verilən "Knesset medalı"nın həqiqiliyi və dəyəri ətrafında yaranan şübhələr İsrail daxilində ciddi müzakirələrə yol açıb.

ABŞ-ın təhlükəsizlik siyasətində yeni mərhələnin başlandığı bildirilir. Vaşinqtonun prioritetləri artıq qlobal müdaxilələrdən daha çox milli təhlükəsizlik və strateji rəqabətə yönəlir. ABŞ-da son dövrdə formalaşan yanaşmaya əsasən, “demokratiya ixracı”, “dövlət quruculuğu” və qlobal miqyasda təhlükəsizlik təminatı kimi əvvəlki onilliklərin siyasəti arxa plana keçir. Yeni doktrina “Amerika hər şeydən əvvəl” prinsipinə əsaslanır və dünya nizamını sərt güc balansı prizmasından qiymətləndirir.

Hindistanın Baş naziri Narendra Modi bu gün, çərşənbə günü İsrailə rəsmi səfərə gəlir. Bu, onun 2014-cü ildə hökumət başçısı vəzifəsinə başlamasından bəri İsrailə ikinci rəsmi səfəridir. Xatırladaq ki, Modi 2017-ci ilin iyulunda İsrailə səfər edən ilk Hindistan Baş naziri kimi tarixin yaddaşına həkk olunmuşdu.

Endryu Mauntbatten Vindzorun (keçmiş şahzadə Endryu) qalmaqalı Bukingem sarayının dəhlizlərində yaşanan adi bir böhran deyildi. Bu hadisə Britaniya kral ailəsində böhranların idarə olunmasında köklü yanaşma fərqlərini üzə çıxaran dərin bir çat yaratdı. Endryu rüsvayçı ittihamlarla üzləşərkən, kral ailəsinin üç nəsli bu süquta kəskin fərqli reaksiyalar verdi: Ümidini itirməyən mərhum Kraliça Elizabet nəsli, qətiyyətli qərar verən hazırkı Kral nəsli və Endryunun qalmaqallarını gələcək hakimiyyətinə miras almaq istəməyən vəliəhd şahzadə nəsli.

Son vaxtlar ictimaiyyətə açıqlanan Ceffri Epşteyn sənədləri yalnız şəxsi qalmaqallar və ya maliyyə nüfuzu şəbəkələri ilə məhdudlaşmayıb. Çoxsaylı yazışmalar arasında Türkiyə, onun daxili siyasəti və Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəsinin regional mövqeyini yenidən formalaşdırmaqdakı rolu ilə bağlı diqqətçəkən siyasi və təhlükəsizlik işarələri üzə çıxıb.

İsrail Prezidenti İsxak Hersoqun Efiopiyaya rəsmi səfəri Afrika Buynuzunda artan geosiyasi rəqabət fonunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. 24–25 fevral tarixlərində paytaxt Əddis-Əbəbədə keçirilən görüşlər İsrailin Afrikada mövqelərini möhkəmləndirmək, Qırmızı dəniz hövzəsində strateji dayaqlar yaratmaq və regional güclər arasında balans qurmaq cəhdinin tərkib hissəsidir. Səfər Afrika İttifaqının sammitindən sonra baş tutur və Efiopiyanın qitədə siyasi mərkəz statusunu nəzərə alaraq seçilmiş diplomatik zamanlama kimi diqqət çəkir.

İranda qadın məsələsi açılan hər dəfə iki hazır obraz ortaya atılır: hekayəni "hicab bərabərdir repressiya"ya endirən Qərb obrazı və hər hansı gərginliyin varlığını inkar edərək "hər şey normaldır" deyən müdafiəçi obraz. Bu iki qütb arasında həqiqi dərrakə itir: İran nə tək bir cəmiyyətdir, nə bir küçə kadrından oxunacaq dövlətdir, nə də bir başörtüsü ilə məhdudlaşacaq bir məsələdir.

1890-cı ildə amerikalı hərbi tarixçi Alfred Mahan "Dəniz Qüdrətinin Tarixə Təsiri" kitabını nəşr etdirərək ABŞ-ın qlobal hegemonluğunun nəzəri əsaslarını qoydu. Mahanın doktrinasına görə, dənizlərə nəzarət etmək dünyada dominant mövqe tutmaq deməkdir. Bu gün ABŞ-ın okeanlarda onlarla aviadaşıyıcı qrupu ilə varlıq göstərməsi məhz bu strateji düşüncənin məhsuludur.