Bakı,AzerVoice
21 vilayətdə FETÖ-yə qarşı keçirilən “Kıskaç-24” əməliyyatlarında 55 şübhəli saxlanılıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.
Son dörd gündür davam edən əməliyyatlarda 55 şübhəli yaxalanıb.
“Şübhəlilər təşkilatın “hərbi sirr strukturu və təhlükəsizlik strukturu” adlanan strukturunda fəaliyyət göstərirlər",- deyə Yerlikaya bildirib.
"Terror təşkilatları və işbirlikçilərinə qarşı əməliyyatlarımız qətiyyətlə davam edəcək️" ,- deyə paylaşımda qeyd olunub.