Bakı, AzerVoice:
Almaniya yaşayan türklər Almaniya vətəndaşlığını saxlayaraq Türkiyə vətəndaşlığını bərpa edə biləcəklər.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama verib.
“Türk cəmiyyətinin uzun illərdir gözlədiyi və layiq olduğu bu hüquqi tənzimləmə türk-alman əlaqələri baxımından müsbət, mənalı və dəyərli bir inkişafdır”, - deyə Nazirlikdən bildirilib.
Sözügedən qanun Almaniyada iyunun 27-də qüvvəyə minəcək.