Kreml sözçüsü Dmitri Peskov bildirib ki, İranda rejim dəyişikliyinə yönəlmiş istənilən cəhd qəbuledilməzdir. O, İranın ali lideri Ayətullah Əli Hamaneyə qarşı mümkün sui-qəsdin isə bölgədə vəziyyəti daha da gərginləşdirəcəyini deyib.
#İsrail və İran münasibətləri
Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirlərinin sabah İsveçrənin Cenevrə şəhərində İran xarici işlər naziri ilə görüşmək istədikləri bildirilib.
İsrailin xarici işlər naziri Gideon Saar ölkəsinin İranla münaqişənin sona çatması ilə bağlı heç bir danışıqlar aparmadığını, əksinə, hücumların davam edəcəyini bəyan edib.
Türkiyə Milli Müdafiə Naziri Yaşar Gülər və Türk Silahlı Qüvvələri Komandanlıq heyəti, İran ərazisindəki hərbi birliklərdə yoxlama və nəzarət işləri aparmaq üçün Van’a getdi.
İtaliyanın baş naziri Meloni deyib ki, G7 ölkələri olaraq nüvə silahı ilə təchiz edilmiş İran ola bilməz və üzərində çalışdıqları məqsəd İranın nüvə gücünə çevrilməsinə mane olacaq danışıqlara nail olmaqdır.
İran dövlət televiziyası çərşənbə axşamı verdiyi açıqlamada vətəndaşları telefonlarından WhatsApp-ı silməyə çağırıb. Bəyanatda heç bir konkret sübut təqdim edilmədən proqramın istifadəçi məlumatlarını toplayıb İsrailə göndərdiyi iddia edilir.
İsrailin İrana hücumlarından əvvəl bəzi ölkələr Pakistandan MAQATE-də İranın nüvə proqramı ilə bağlı təqdim edilən qətnamənin lehinə səs verməsini istəyib.
İsrailin 13 iyun tarixində İranın bir neçə şəhərinə təşkil etdiyi hücumdan üç gün əvvəl Çin hökumətinin Tehran rəhbərliyinə xəbərdarlıq etdiyi bildirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyan arasında telefon danışığı baş tutub. Danışıq zamanı İsrail ilə İran arasındakı gərginlik, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.
ABŞ prezidenti Donald Tramp İsrailin İrana qarşı davam edən hücumlarının səngiməyəcəyini bildirib.
İsrail ordusu İrana yeni raket hücumu təşkil etdiyini bildirib
İsrail və İran arasında artan münaqişə təhlükəsizlik vəziyyətini pisləşdirdiyi üçün Çin öz vətəndaşlarına İsraili tərk etmələri barədə xəbərdarlıq edib.