Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son bir həftə ərzində ölkə üzrə keçirilən kibercinayətkarlıq əməliyyatları çərçivəsində 346 nəfərin saxlanıldığını, onlardan 99-nun həbs edildiyini bildirib.
#Türkiyə Daxili İşlər Nazirliyi
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü, Manavqat şəhərinin bələdiyyə başçısı Niyazi Nefi Kara müvəqqəti tədbir olaraq vəzifəsindən uzaqlaşdırılıb.
Türkiyədə müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul sədri Özgür Çelik barəsində saxlanılma qərarı verilib.
İstanbul mərkəzli olmaqla ölkənin 6 şəhərində və Norveçin paytaxtı Osloda aparılan narkotik əməliyyatları nəticəsində ümumilikdə 365 kiloqram narkotik vasitə ələ keçirilib, 26 nəfər saxlanılıb.
Türkiyədə jandarma qüvvələrinin 9 şəhərdə həyata keçirdiyi genişmiqyaslı kiber əməliyyat nəticəsində ümumi dəyəri 1 milyard türk lirəsinə çatan, qanunsuz maliyyə əməliyyatlarında adı keçən 66 nəfər şübhəli saxlanılıb.
Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya sosial şəbəkədə etdiyi paylaşımda beynəlxalq səviyyədə axtarılan 15 cinayətkarın ölkəyə ekstradisiya olunduğunu açıqlayıb.
Türkiyənin İzmir vilayətində baş verən yanğınlar nəticəsində 228 yaşayış evi ağır zərər görüb.
Bursada baş verən ardıcıl zəlzələlər İstanbul və ətraf vilayətlərdə də hiss olunub.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son iki həftə ərzində İstanbul, Ankara, İzmir və daha 27 vilayətdə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatların keçirildiyini açıqlayıb.
Meşə yanğınlarından sonra 50 mindən çox vətəndaş təhlükəsiz bölgələrə təxliyə olunub.
Türkiyədə həyata keçirilən kiber cinayətlərlə mübarizə əməliyyatları nəticəsində 48 şəhərdə 284 şübhəli saxlanılıb.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya son iki həftədə ölkənin 46 vilayətində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatlar zamanı ümumilikdə 361 şübhəlinin saxlanıldığını açıqlayıb.