#Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi

Bu ilin iyul ayında Türkiyə limanları 6 min 357 gəmi qəbul edib. Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 450 Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 907 olub. 2025-ci ilin yanvar - iyul ayında Türkiyə limanları 35 min 802 gəmi qəbul edib. “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 12 min 329, Türkiyə bayrağı altında olan gəmilər isə 23 min 473 olub”, - deyə nazirlikdən bildirilib.

2025-ci ilin iyul ayında Türkiyənin Qaziantep Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 1 milyon 731 min 862 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2 faiz azalaraq, 1 milyon 466 min 677 nəfər, beynəlxalq reyslər üzrə isə 33 faiz artaraq 265 min 185 nəfər təşkil edib. 2025-ci ilin iyul ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 17 min 595 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq, 12 min 610 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 25 faiz artaraq, 4 min 986 ton təşkil edib.

2025-ci ilin iyul ayında Türkiyənin Trabzon Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq, 2 milyon 123 min 375 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2 faiz artaraq, 1 milyon 667 min 691 nəfər, beynəlxalq reyslər üzrə isə 5 faiz azalaraq 455 min 684 nəfər təşkil edib. 2025-ci ilin iyul ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq 20 min 583 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 13 min 354 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 7 faiz azalaraq, 7 min 229 ton təşkil edib.

2025-ci ilin iyul ayında Türkiyənin Muğla-Milas Bodrum Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək, 2 milyon 299 min 264 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2 faiz artaraq, 1 milyon 370 min 927 nəfər, beynəlxalq reyslər üzrə isə 3,2 faiz azalaraq 928 min 337 nəfər təşkil edib.

2025-ci ilin iyul ayında Türkiyənin Muğla-Dalaman Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz azalaraq, 2 milyon 906 min 953 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 3 faiz artaraq, 1 milyon 52 min 361 nəfər, beynəlxalq reyslər üzrə isə 2,8 faiz azalaraq 1 milyon 854 min 592 nəfər təşkil edib.

2025-ci ilin iyul ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq, 20 milyon 179 min 155 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2,9 faiz artaraq, 3 milyon 828 min 149 nəfər, beynəlxalq reyslər üzrə isə 0,4 faiz azalaraq 16 milyon 351 min 6 nəfər təşkil edib. 2025-ci ilin iyul ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 238 min 550 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz azalaraq, 34 min 132 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 2 faiz azalaraq, 204 min 418 ton təşkil edib.

2025-ci ilin iyul ayında Türkiyənin Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 6 milyon 839 min 201 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 5 faiz artaraq, 4 milyon 161 min 492 nəfər, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 2 milyon 677 min 709 nəfər təşkil edib.

2025-ci ilin iyul ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 7 milyon 764 min 626 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2 faiz artaraq, 5 milyon 839 min 661 nəfər, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 1 milyon 924 min 965 nəfər təşkil edib. 2025-ci ilin iyul ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 75 min 33 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 46 min 8 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 8 faiz artaraq, 29 min 25 ton təşkil edib.

2025-ci ilin iyul ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 26 milyon 503 min 943 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 3 faiz artaraq, 11 milyon 694 min 644 nəfər, beynəlxalq reyslər üzrə isə 20 faiz artaraq 14 milyon 809 min 299 nəfər təşkil edib.