Bu ilin yanvar-iyul ayında Türkiyə limanlarından 482 min 181 ton təbii, 4 milyon 155 min 412 ton isə kimyəvi olmaqla ümumilikdə 4 milyon 637 min 593 ton gübrə daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 96 min 843 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 4 milyon 540 min 750 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- iyul ayında Türkiyə limanlarından tranzit olaraq gübrə daşınmayıb”- deyə nazirlikdən bildiriblər. Qeyd edək ki, 2025-ci ilin iyul ayında Türkiyə limanları 33 milyon 591 min 626 ton yük qəbul edib.
#Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi
Bu ilin yanvar- iyul ayında Türkiyə limanlarından 8 milyon 50 min 582 ton kənd təsərrüfatı məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 159 min 118 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 7 milyon 891 min 464 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- iyul ayında Türkiyə limanlarından tranzit olaraq kənd təsərrüfatı məhsulları yük daşınmayıb”- deyə nazirlikdən bildiriblər. Qeyd edək ki, 2025-ci ilin iyul ayında Türkiyə limanları 33 milyon 591 min 626 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 287 min 126 ton təşkil edib.
Bu ilin yanvar- iyul ayında Türkiyə limanlarından 21 milyon 499 min 206 ton inşaat məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 1 milyon 136 min 471 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 20 milyon 362 min 735 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- iyul ayında Türkiyə limanlarından tranzit olaraq inşaat məhsulları 5 milyon 716 min 881 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər. Qeyd edək ki, 2025-ci ilin iyul ayında Türkiyə limanları 33 milyon 591 min 626 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 287 min 126 ton təşkil edib.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İğdırda Qars-İğdır-Aralık-Dilucu Dəmiryolu Xəttinin təməlqoyma mərasimində jurnalistlərin suallarını cavablandırıb. Nazir bildirib ki, Zəngəzur dəhlizi yalnız nəqliyyat marşrutu deyil, həm də strateji sərmayədir və türk dünyasını, türk cümhuriyyətlərini və Uzaq Şərqi birləşdirən ən qısa yol olacaq. Onun sözlərinə görə, dəhlizin 15 milyon ton yükdaşıma potensialı var. “30 illik proqnoza görə, Zəngəzur dəhlizindən 135 milyard lirə əməliyyat gəliri, 3 milyard lirə qəza gəliri, 2,1 milyard lirə iqlim qənaəti, 3,5 milyard lirə isə yol və zaman qənaəti əldə ediləcək. Beləliklə, ümumilikdə 147,6 milyard lirə gəlir gözlənilir”, – Uraloğlu qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Kars–Iğdır–Aralıq–Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi münasibətilə göndərdiyi müraciətdə layihəni “ölkə və region üçün körpü rolunu oynayacaq mühüm inkişaf hərəkatı” adlandırıb.
Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu hazırda CNN Türk-ün canlı yayımında Qars-İğdır-Aralık-Dilucu Yüksək Sürətli Dəmiryolu Xətti və Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar verir. Nazir bildirib ki, layihə çərçivəsində Qarsdan Naxçıvana qədər uzanan 224 kilometrlik xəttin 150 kilometri artıq hazırdır və bərpa olunacaq, qalan 20 kilometri isə Azərbaycan tərəfi tikəcək. Hər iki ölkənin əməkdaşlığı ilə xətt eyni vaxtda tamamlanacaq və Bakıdan Qars istiqamətində sərnişin və yük daşımaları mümkün olacaq. Uraloğlu qeyd edib ki, Zəngəzur dəhlizi 43 kilometrlik məsafəni əhatə edəcək və ən geci beş ildən sonra tam istifadəyə veriləcək. Bu yeni xəttin istifadəyə verilməsi ilə Bakı-Tbilisi-Qars marşrutuna alternativ təmin olunacaq və türk dünyası üçün daha qısa və problemsiz nəqliyyat marşrutu yaradılacaq.
Uraloğlunun sözlərinə görə, 224 kilometrlik xətt elektrikləşdirmə və siqnalizasiya ilə iki yollu şəkildə inşa olunacaq. İllik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyətinə malik olacaq dəmir yolunda 5 tunel, 19 kəsilmiş-örtük tunel, 3 viyadük, 114 körpü, 7 yolaltı keçid və 480 suötürücü xətt nəzərdə tutulur. Layihənin 2029-cu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Qeyd edək ki, Nazir Uraloğlu Zəngəzur dəhlizinin bölgə və Türkiyə üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, dəhliz Xəzər və Aralıq dənizi hövzələri arasında yeni ticarət marşrutu yaradacaq, Türkiyəni yalnız tranzit ölkə deyil, həm də regional əməkdaşlıq və inkişafın mərkəzinə çevirəcək.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu dəmir yolunun həm Zəngəzur dəhlizinin əsas hissəsi, həm də Türkiyənin Avrasiyada logistika mərkəzi mövqeyini gücləndirəcək strateji addım olduğunu bildirib. Nazir layihə üçün 2,4 milyard avro həcmində xarici kredit əldə olunduğunu, bunun ölkəyə valyuta axını yaradacağını vurğulayıb. Uraloğlunun sözlərinə görə, 224 kilometr uzunluğunda, elektrikləşdirilmiş və siqnallı cüt xətt illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma gücünə sahib olacaq. Xətt üzrə beş tunel, 19 kəsilmiş-örtük tunel, 13 körpü, 14 keçid və yüzlərlə mühəndislik qurğusunun 2029-cu ilin sonuna qədər tamamlanması planlaşdırılır.
Bu ilin yanvar- iyul ayında Türkiyə limanlarından 18 milyon 89 min 419 ton xam neft məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 1 milyon 513 min 50 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 16 milyon 576 min 369 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- iyul ayında Türkiyə limanlarından tranzit olaraq xam neft məhsulları 16 milyon 212 min 881 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər. Qeyd edək ki, 2025-ci ilin iyul ayında Türkiyə limanları 33 milyon 591 min 626 ton yük qəbul edib.
Bu ilin yanvar- iyul ayında Türkiyə limanlarından 54 milyon 928 min 748 ton neft məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 3 milyon 489 min 535 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 51 milyon 439 min 213 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- iyul ayında Türkiyə limanlarından tranzit olaraq neft məhsulları 18 milyon 955 min 480 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər. Qeyd edək ki, 2025-ci ilin iyul ayında Türkiyə limanları 33 milyon 591 min 626 ton yük qəbul edib.
2025-ci ilin yanvar- iyul aylarında Çindən Türk limanlarına 3 milyon 522 min 320 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Çindən Türkiyə limanlarına yük daşınmayıb. “Bu ilin yanvar- iyul aylarında Çindən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 3 milyon 478 min 711 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Çindən Türkiyəyə Çin bayrağı ilə üzən gəmilərlə 43 min 609 ton yük çatdırılıb. 2025-ci ilin yanvar- iyul aylarında Çindən Türkiyə limanlarına 903 min 364 ton tranzit yük daşınıb.
2025-ci ilin yanvar- iyul aylarında Fransadan Türk limanlarına 2 milyon 92 min 792 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Fransadan Türkiyə limanlarına 551 min 598 ton yük daşıyıb. “Bu ilin yanvar- iyul aylarında Fransadan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 1 milyon 541 min 194 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Fransadan Türkiyəyə Fransa bayrağı ilə üzən gəmilərlə yük çatdırılmayıb. 2025-ci ilin yanvar- iyul aylarında Fransadan Türkiyə limanlarına 217 min 882 ton tranzit yük daşınıb.