#Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi

2025-ci ilin avqust ayında Türkiyənin Muğla Dalaman Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 3 milyon 888 min 89 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 4 faiz artaraq, 1 milyon 360 min 874 nəfər, beynəlxalq reyslər üzrə isə 3 faiz azalaraq 2 milyon 527 min 215 nəfər təşkil edib.

2025-ci ilin yanvar-avqust ayında Türkiyənin Ambarlı limanı 2 min 754 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Ambarlı limanı Türkiyə bayrağı altında üzən min 89, digər ölkələrin bayraqları altında üzən min 665 gəmi qəbul edib. Qeyd edək ki, 2025-ci ilin avqust ayında Türkiyə limanları 32 milyon 615 min 444 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 320 min 285 ton təşkil edib.

2025-ci ilin avqust ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 26 milyon 179 min 455 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 6 faiz artaraq, 4 milyon 576 min 407 nəfər, beynəlxalq reyslər üzrə isə dəyişməyərək 21 milyon 603 min 48 nəfər təşkil edib. 2025-ci ilin avqust ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 308 min 298 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 41 min 196 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 2 faiz azalaraq, 267 min 102 ton təşkil edib.

2025-ci ilin yanvar-avqust ayında Türkiyənin Aliağa limanı 4 min 163 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Aliağa limanı Türkiyə bayrağı altında üzən min 161, digər ölkələrin bayraqları altında üzən 3 min 2 gəmi qəbul edib. Qeyd edək ki, 2025-ci ilin avqust ayında Türkiyə limanları 32 milyon 615 min 444 ton yük qəbul edib.

2025-ci ilin avqust ayında Türkiyə limanları 32 milyon 615 min 444 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 320 min 285 ton təşkil edib. “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 295 min 159 ton olub”, – deyə nazirlikdən bildirilib. Məlumatda bildirilib ki, 2025-ci ilin avqust ayında Türkiyə limanlarından 5 milyon 347 min 786 ton transit yük daşınıb.

Bu ilin avqust ayında Türkiyə limanları 6 min 15 gəmi qəbul edib. Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 303 Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 712 olub. 2025-ci ilin yanvar - avqust ayında Türkiyə limanları 41 min 818 gəmi qəbul edib.

2025-ci ilin avqust ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 8 milyon 301 min 159 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 4 milyon 897 min 151 nəfər, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 3 milyon 404 min 8 nəfər təşkil edib. 2025-ci ilin avqust ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 90 min 66 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 54 min 681 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 8 faiz artaraq, 35 min 385 ton təşkil edib.

2025-ci ilin avqust ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 55 milyon 250 min 785 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə dəyişməyərək, 11 milyon 823 min 296 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 43 milyon 427 min 489 nəfər təşkil edib.

2025-ci ilin avqust ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 31 milyon 203 min 932 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 5 faiz artaraq, 13 milyon 809 min 786 nəfər, beynəlxalq reyslər üzrə isə 21,4 faiz artaraq 17 milyon 394 min 146 nəfər təşkil edib.

Bu gün səhər saatlarında bir sıra ölkələrdə, o cümlədən Türkiyədə Google-un bəzi xidmətlərinə girişdə problemlər müşahidə olunub. Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirinin müavini Ömər Fatih Sayan məsələ ilə bağlı açıqlama verərək, kəsintinin Android və Google-a bağlı xidmətləri əhatə etdiyini bildirib. “Google, Android və ona bağlı servislərdə Türkiyə və Avropa bölgəsini əhatə edən kəsinti yaşanır. Türkiyə Milli Kibertəhlükəsizlik Müdaxilə Mərkəzimiz (USOM) Google-dan problemin səbəbinə dair texniki hesabat tələb edib. Prosesi yaxından izləyirik,” – deyə Sayan qeyd edib.

Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək sosial media hesabında verdiyi açıqlamada, layihənin bölgənin rəqabət qabiliyyətini artıracağını və dəmir yolu sektoruna 2025-ci ilə qədər təmin edilən ümumi xarici maliyyənin 4,2 milyard avroya çatdığını bildirib. Şimşək, “İskenderun körfəzini Cənub-Şərqi Anadolu və Qaziantep ilə birləşdirəcək bu layihə ilə istehsal və logistika mərkəzlərinin qlobal bazarlara çıxışı asanlaşacaq,” – deyə vurğulayıb. Layihə üçün maliyyələşdirmə Societe Generale-nin rəhbərlik etdiyi kreditorlar konsorsiumu ilə imzalanan sazişlər çərçivəsində təmin edilib. Maliyyə İsveç İxrac Kredit Agentliyi (EKN) və İslam İnkişaf Bankının nəzdindəki İslam İnvestisiya Sığortası və İxrac Kredit Korporasiyasının (ICIEC) zəmanəti ilə müxtəlif kommersiya bankları tərəfindən dəstəklənib.

Bu ilin yanvar-iyul ayında Türkiyə limanlarından 9 milyon 102 min 269 ton kimyəvi məhsul daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 573 min 379 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 8 milyon 528 min 890 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- iyul ayında Türkiyə limanlarından tranzit olaraq 37 min 328 ton kimyəvi məhsul daşınıb”- deyə nazirlikdən bildiriblər. Qeyd edək ki, 2025-ci ilin iyul ayında Türkiyə limanları 33 milyon 591 min 626 ton yük qəbul edib.