#Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi

2025-ci ilin sentyabr ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 62 milyon 861 min 408 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 0,2 faiz azalaraq, 13 milyon 470 min 966 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 49 milyon 390 min 442 nəfər təşkil edib.

2025-ci ilin sentyabr ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq, 35 milyon 628 min 48 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq, 15 milyon 802 min 790 nəfər, beynəlxalq reyslər üzrə isə 22,4 faiz artaraq 19 milyon 825 min 258 nəfər təşkil edib.

Bu ilin yanvar- avqust ayında Türkiyə limanlarından 24 milyon 553 min 908 ton inşaat məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 1 milyon 342 min 307 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 23 milyon 211 min 601 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- avqust ayında Türkiyə limanlarından tranzit olaraq 5 min 716 ton inşaat məhsulları daşınıb”- deyə nazirlikdən bildiriblər.

Bu ilin yanvar- avqust ayında Türkiyə limanlarından 8 milyon 538 min 155 ton kənd təsərrüfatı məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 172 min 503 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 8 milyon 365 min 652 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- avqust ayında Türkiyə limanlarından tranzit olaraq kənd təsərrüfatı məhsulları daşınmayıb”- deyə nazirlikdən bildiriblər.

Bu ilin yanvar- avqust ayında Türkiyə limanlarından 21 milyon 233 min 39 ton xam neft məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 1 milyon 749 min 196 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 19 milyon 483 min 843 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- avqust ayında Türkiyə limanlarından tranzit olaraq xam neft məhsulları 18 milyon 377 min 811 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.

Bu ilin yanvar- avqust ayında Türkiyə limanlarından 62 milyon 506 min 229 ton neft məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 4 milyon 72 min 417 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 58 milyon 433 min 812 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- avqust ayında Türkiyə limanlarından tranzit olaraq neft məhsulları 21 milyon 447 min 130 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.

2025-ci ilin yanvar- avqust aylarında Yunanıstandan Türk limanlarına 5 milyon 159 min 720 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Yunanıstandan Türkiyə limanlarına 396 min 240 ton yük daşınıb. “Bu ilin yanvar- avqust aylarında Yunanıstandan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 4 milyon 653 min 780 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

2025-ci ilin avqust ayında Türkiyənin Van Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq, 986 min 866 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 11 faiz azalaraq, 982 min 355 nəfər, beynəlxalq reyslər üzrə isə 24 faiz artaraq, 4 min 511 nəfər təşkil edib. 2025-ci ilin avqust ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz azalaraq 9 min 771 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz azalaraq, 9 min 677 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 1,1 dəfə artaraq, 94 ton təşkil edib.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, Hicaz Dəmir Yolu xəttinin yenidən işə salınması üçün ilk praktiki addımın atıldığını açıqlayıb. Nazir, Türkiyə, Suriya və İordaniya Nəqliyyat Nazirlikləri arasında keçirilən texniki görüş zamanı əldə olunan razılaşmalar barədə məlumat verib. Uraloğlu bildirib ki, Türkiyənin dəstəyi ilə Suriya Hicaz Dəmir Yollarına aid olan 30 kilometrlik yarımçıq üst quruluşun tamamlanması məsələsində razılıq əldə olunub. Eyni zamanda İordaniya tərəfi də lokomotivlərin təmiri və istismarı ilə bağlı texniki imkanları araşdıracaq.

2025-ci ilin yanvar- avqust aylarında ABŞ - dan Türk limanlarına 9 milyon 141 min 747 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər ABŞ - dan Türkiyə limanlarına 214 min 881 ton yük daşınıb. “Bu ilin yanvar- avqust aylarında ABŞ - dan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 8 milyon 926 min 866 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

2025-ci ilin yanvar- avqust aylarında Çindən Türk limanlarına 3 milyon 916 min 780 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Çindən Türkiyə limanlarına yük daşınmayıb. “Bu ilin yanvar- avqust aylarında Çindən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 3 milyon 872 min 780 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Çindən Türkiyəyə Çin bayrağı ilə üzən gəmilərlə 44 min ton yük çatdırılıb.