Cəmiyyət Bakıda musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası ilə bağlı görüş keçirilib Martın 31-də Beynəlxalq Muğam Mərkəzində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində olan və Bakı şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəbləri müəllimlərinin iştirakı ilə məlumatlandırıcı görüş təşkil olunub.