#Al-Baraka Azerbaijan Asiya və Afrikada minlərlə insana ümid olmağa davam edir.

"Al-Baraka Azerbaijan Könüllüləri" Ramazan bayramı ərəfəsində Bakı, Abşeron və Xırdalanın ən uzaq yaşayış məntəqələrində ehtiyac sahibi olan yüzlərlə ailəni ziyarət edib. Könüllülər "Layihə №1010" çərçivəsində hazırlanan fitrə zəkatı qutularını ünvanlarına çatdırıblar. "Al-Baraka Azerbaijan Könüllüləri" təkcə ölkə daxilində deyil, həm də Asiya və Afrika ölkələrində minlərlə insan üçün ümid yerinə çevrilən müxtəlif layihələr həyata keçirib. Təşkilat fəaliyyətini genişləndirərək Qəzza, Asiya və Afrika regionlarındakı ehtiyac sahiblərinə dəstək platformaları yaradıb.