Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Hacıqabul rayonunda vətəndaşları qəbul edib. Qəbul Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq regionlarda təşkil olunan vətəndaş görüşləri çərçivəsində baş tutub.