#Qrant müsabiqəsinin qaliblərinə layihələrin icrası ilə bağlı tövsiyələr verilib

Tədbirdə çıxış edən QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev və Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyeva qalibləri təbrik edərək, onlara uğurlar arzulayıblar. Çıxışlar zamanı layihələrin icrası, hesabatlılığın təmin edilməsi və müvafiq qaydalara əməl olunması barədə zəruri tövsiyələr diqqətə çatdırılıb. Eyni zamanda, seçim mərhələsində hər zaman olduğu kimi, yüksək keyfiyyətli və cəmiyyət üçün faydalı layihələrin dəstəklənməsinə üstünlük verildiyi xüsusi vurğulanıb.