#Sahib Ələkbərov Xankəndidə vətəndaş müraciətlərini dinləyib

İqtisadiyyat Nazirliyinin rəhbərliyi tərəfindən bölgələrdə vətəndaş qəbulları davam etdirilir. Xankəndi şəhərində keçirilən qəbul zamanı vətəndaşların sahibkarlığın inkişafı, vergi və sosial məsələlərlə bağlı müraciətlərinə baxılıb. İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Xankəndi şəhərində vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların müraciətləri əsasən sahibkarlığın inkişafı, vergi məsələləri, güzəştli kreditlərin verilməsi, sosial problemlər, o cümlədən işlə təmin olunma və digər mövzuları əhatə edib.