#ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında Quba 1 saylı Mediasiya Təşkilatı ilə birgə təşkil olunan maarifləndirici görüş keçirilib. 13 mart 2026-cı il tarixində baş tutan tədbir Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan edilmiş 2026-cı il – “Şəhərsalma və memarlıq ili” çərçivəsində təşkil olunub. Tədbirin əsas məqsədi gənclər arasında mediasiya mədəniyyətinin təbliği, hüquqi maarifləndirmənin artırılması və şəhərsalma sahəsində yaranan mübahisələrin sülh yolu ilə həlli mexanizmləri barədə tələbələrə məlumat verilməsi olub.