#Qətər

Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti, Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak edirlər.

Azərbaycan, Türkiyə və Qətər hökumətlərinə təşəkkür edirik. Bu dəstəyin müsbət təsirlərini bütün Suriya xalqı hiss edəcək. Suriya Energetika Nazirliyinin korporativ kommunikasiyalar üzrə direktoru Əhməd Süleyman, ölkəsinin enerji infrastrukturunun bərpasında Azərbaycan, Türkiyə və Qətərin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

BMT-nin “Fələstin məsələsinin sülh yolu ilə həlli və iki dövlətli həllin reallaşdırılması” mövzusunda təşkil etdiyi Yüksək Səviyyəli Beynəlxalq Konfransın yekun bəyanatı dərc olunub. Bəyanata Türkiyə ilə yanaşı Fransa, Səudiyyə Ərəbistanı, Braziliya, Kanada, Misir, İndoneziya, İrlandiya, İtaliya, Yaponiya, İordaniya, Meksika, Norveç, Qətər, Seneqal, İspaniya, Böyük Britaniya, Avropa İttifaqı və Ərəb Liqası da qoşulub.