#Yaxın Şərq
Qazaxıstanın milli aviadaşıyıcısı Air Astana, Yaxın Şərqdə gərginliyin artması səbəbilə bu bölgəyə planlaşdırılan bəzi uçuşların 24 iyun 2025 tarixinə qədər ləğv edildiyini açıqlayıb.
Yaponiya və Cənubi Koreya liderləri NATO Sammitinə Yaxın Şərqdəki gərginlik səbəbilə qatılmayacaqlar.
ABŞ-ın Bakıdakı Müstəqillik Günü qəbulu təxirə salınıb.
Böyük Britaniya hökuməti gələn həftədən etibarən İsrail və işğal olunmuş Fələstin ərazilərində yaşayan vətəndaşlarının və onların ailə üzvlərinin təxliyəsinə başlayacaq.
ABŞ bütün dünyadakı vətəndaşlarına Yaxın Şərqdəki münaqişə səbəbindən təhlükəsizlik xəbərdarlığı edib.
24–25 iyun tarixlərində Haaqada keçiriləcək NATO sammitində Yaxın Şərqdəki münaqişələrə həsr olunmuş ayrıca iclasın keçirilməsi planlaşdırılmır.
İranla İsrail arasında müharibə Səudiyyə Ərəbistanında minlərlə zəvvarın çıxışına əngəl olub.
ABŞ Silahlı Qüvvələri, İsraillə İran arasında davam edən münaqişə fonunda Yaxın Şərqdəki hərbi obyektlərini qorumaq məqsədilə bir sıra tədbirlər həyata keçirib.
Böyük Britaniyanın nüfuzlu “The Guardian” qəzetində dərc olunan məqalədə İsrailin Fələstin və bölgədəki hərbi əməliyyatları sərt şəkildə tənqid olunub.
Administrasiyadakı mənbələrin Axios-a bildirdiyinə görə, Tramp nüvə obyektinə hücumun mümkün nəticələrini, xüsusən də İranın inkişaf etmiş nüvə proqramı ilə bağlı artan gərginlik fonunda diqqətlə dəyərləndirir.
HƏMAS-ın həyata keçirdiyi "Əqsa Tufanı" əməliyyatını İsrail öz varlığına qarşı təhdid kimi təqdim edərək, “müqavimət oxuna” qarşı genişmiqyaslı hücumlar üçün zəmin hazırladı.