İordaniya Haşimilər Krallığının Xarici İşlər və Mühacirlərlə iş üzrə Nazirliyi Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan və xəsarət alanlarla bağlı Azərbaycana Respublikasının hökümətinə və xalqına dərin hüznlə başsağlığı bildirir.
#AZAL
Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Xəbər verdiyimiz kimi, Bakı-Qroznı reysini həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
İtaliya səfirliyi bu gün baş vermiş təyyarə qəzasında həlak olanlara və onların ailələrinə dərin hüznlə başsağlığı verir və lazımi yardımı göstərməyə hazırdır.
İran Bakı-Qroznı sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verir.
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün yaradılan dövlət komissiyasının üzvləri Aktau şəhərində hadisə yerindədir.
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Milli Məclisin sədri Sahibə Qafarova Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib. Azərbaycan parlamentinin spikeri bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə xəbər məni çox kədərləndirdi.
Bu gün AZAL-a məxsus təyyarənin Aktauda təcili enişi zamanı qəzaya uğraması xəbərini dərin hüznlə öyrəndik.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyi (FHN) Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı təfərrüatları açıqlayıb.