Prezident İlham Əliyev baş nazir Nikol Paşinyana Donald Trampa Nobel Sülh Mükafatının verilməsi təşəbbüsü ilə Nobel Komitəsinə birgə müraciət göndərməyi təklif edib. Dövlətimizin başçısı Vaşinqtonda birgə bəyanat zamanı bu barədə deyib: “Bəlkə biz Baş nazir Paşinyan ilə razılaşarıq və Nobel mükafatının komitəsinə birgə təşəbbüs də irəli sürə bilərik. Cənab Tramp bu mükafata layiqdir”.
#Ermənistan
Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağ Evə gəldi. Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü oldu. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladılar.
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə “Truth Social” platformasındakı səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxışı ilə bağlı paylaşım edib.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtonda ABŞ, Azərbaycan, Ermənistan liderlərinin gözlənilən görüşü ilə bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib. “Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı!!!", - paylaşımda qeyd olunub.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Donald Trampın dəvəti əsasında ABŞ-da səfərdədir. Səfər çərçivəsində ilkin təmaslar baş tutub və pozitiv mesajlar ictimaiyyətə açıqlanıb. Bununla belə, məsələyə aydın nəzər yetirmək və praqmatik yanaşma sərgiləmək üçün iki əsas aspektə baxmaq lazımdır
Bu sözləri iyulun 21-dən etibarən Beynəlxalq Avrasiya Mətbuat Fondunda təcrübə proqramına başlayan ABŞ-li araşdırmaçı Lilan Spriqz (Lelin Spriggs) “ABŞ-nin “907-ci” düzəliş qərarı” ilə bağlı hazırladığı məqalədə qeyd edib.
Göyüşlü açıqlamasında bildirib ki, ABŞ keçmişdə də uzun illər ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycan–Ermənistan münaqişəsinin həllində vasitəçi kimi çıxış edib. “Biz unutmamışıq ki, ABŞ bu prosesdə yeni deyil, köhnə bir vasitəçidir. Artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində də iştirak edib. Doğrudur, Minsk qrupu effektiv nəticə verə bilmədi, biz məsələni özümüz həll etdik. Amma qrupun üç həmsədrindən biri ABŞ olub və bu gün də Minsk qrupu hələ ləğv edilməyib. Buna görə də hesab edirəm ki, ABŞ bu proseslə tanışdır və onun vasitəçiliyi sülhün əldə olunmasına müsbət təsir göstərə bilər.” - deyə o qeyd edib.
Ermənistanın Korrupsiya ilə Mübarizə Komitəsi bu gün "Qazprom-Armeniya" QSC-nin keçmiş baş direktoru, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Vardan Artununyanı saxlayıb.
Məlumata əsasən, Ermənistan Ali Məhkəmə Şurasının sabiq sədri, həmçinin, İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinin keçmiş sədri Ruben Vardazaryan vəzifə səlahiyyətlərindən istifadə edərək, ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxilədə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ağ Ev bu gün baş tutacaq Trampın Əliyev və Paşinyanla görüşlərinin qrafikini (Bakı vaxtı ilə) yayıb. Azervoice həmin qrafiki təqdim edir: 22:30 — Prezident Tramp Ermənistan baş naziri Nikol Paşinyanla görüşür 22:35 — Ağ Evin oval kabinetində Tramp və Paşinyan arasında ikitərəfli görüş keçirilir
"Daha geniş sülh gündəminə gəldikdə, prezident sülhə nail olmaqda qətiyyətlidir və sülh prezidenti olmaq istəyir. Azərbaycan və Ermənistana gəldikdə, avqustun 8-də biz burada olacağıq və sülh müqaviləsinin başlanğıcı olacaq sazişi imzalayacağıq", – deyə o bildirib.