İran, ABŞ-ın İranın nüvə obyektlərinə edilən hücumlarla əlaqəsinin olmadığına dair bəyanatlarına inanmır.
#İran-İsrail qarşıdurması
Pilotun təyyarədən katapultla tullandığı, daha sonra isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı qüvvələri tərəfindən saxlanıldığı bildirilib.
Böyük Britaniya İsrail-İran münaqişəsi fonunda Yaxın Şərqdə gərginliyin artması səbəbindən bölgədəki hərbi mövcudluğunu gücləndirir.
Rusiya prezidenti Vladimir Putin İsrail ilə İran arasında gərginliyin azaldılması üçün Moskvanın vasitəçi olmağa hazır olduğunu bildirib.
İtaliyanın baş naziri Giorgia Meloni Yaxın Şərq böhranı ilə bağlı beynəlxalq liderlərlə məsləhətləşmələr aparıb.
İran Aviasiya Təşkilatı ölkənin hava sahəsinin ikinci bir rəsmi açıqlamaya qədər bütün uçuşlara bağlandığını elan edib.
İsrailin hava hücumu nəticəsində Tehranda yerləşən “Şəhid Çamran Taun” yaşayış kompleksindəki binanın bir hissəsi uçub.
Türkiyənin Milliyətçi Hərəkət Partiyasının (MHP) sədri Devlet Bahçeli İsrailin İrana qarşı həyata keçirdiyi hücumu sərt şəkildə tənqid edib.
İsrailin saxladığı “Madleen” gəmisindəki üç hüquq müdafiəçisinin İranla artan gərginlik səbəbilə ölkədən deportasiyası təxirə salınıb.
Livanda fəaliyyət göstərən Hizbullah Hərəkatı İsrailin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hücumu “bölgədəki bütün qaydaların və tarazlıqların pozulması” kimi qiymətləndirib.
İsrailin İrana qarşı hava hücumlarından sonra ölkədə olan Türkiyə vətəndaşları Hakkarinin Yüksekova rayonundakı Esendere Gömrük Qapısından ölkəyə daxil olmağa başlayıb.
İsrailin Stokholmdakı səfirliyi açıqlama yayaraq, ölkənin bütün dünyadakı diplomatik nümayəndəliklərinin bağlandığını və konsulluq xidmətlərinin müvəqqəti olaraq dayandırıldığını bildirib.