İsrailin İrana hücumları ilə bağlı İstanbulda toplaşan Ərəb Liqasının Xarici İşlər Nazirləri bu hücumları kəskin şəkildə pisləyib.
#İsrail İran hücumu
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Thameen Al-Kheetan İsrailin Tehrandakı dövlət televiziyasına (IRIB) hücumu ilə bağlı ciddi xəbərdarlıq edib.
İranın bir çox şəhərində, xüsusən də paytaxt Tehranda cümə namazından sonra İsrailin hücumlarına qarşı etiraz aksiyaları keçirilib.
İsrail ordusu İranın mərkəzi və qərbində hərbi infrastruktura hava zərbələr endirib.
İsrailin müdafiə naziri Katz İranın paytaxtı Tehranın kütləvi şəkildə boşaldılmasını müdafiə edib.
İsrailin bölgəyə hücumları bitməli, danışıqlar və diplomatiya yenidən başlamalıdır.
Fransa mətbuatında yer alan məlumatlara görə, ABŞ dövlət katibi Marko Rubio fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığında Vaşinqtonun istənilən vaxt İranla birbaşa təmas qurmağa hazır olduğunu bildirib.
İsrailin müdafiə naziri Yisrael Kats, İranla İsrail arasında artan gərginlik fonunda Hizbullahı açıq şəkildə hədələyib. O bildirib ki, Hizbullah Tel-Əviv ilə Tehran arasında gedən qarşıdurmaya qarışarsa, İsrail bu təşkilatı məhv edəcək.
Kreml sözçüsü Dmitri Peskov bildirib ki, İranda rejim dəyişikliyinə yönəlmiş istənilən cəhd qəbuledilməzdir. O, İranın ali lideri Ayətullah Əli Hamaneyə qarşı mümkün sui-qəsdin isə bölgədə vəziyyəti daha da gərginləşdirəcəyini deyib.
Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən telefon danışığında Yaxın Şərqdəki son gərginlik, xüsusilə İsrail-İran qarşıdurması müzakirə olunub.
İsrailin müdafiə naziri Xameneini öldürməklə hədələyib.
ABŞ-da aparılan yeni bir sorğuya əsasən, amerikalıların 45 faizi ölkələrinin İrana qarşı mümkün hava hücumlarını dəstəkləmir.