İdman

Çelsinin ingilis ulduzu Koull Palmer evində yaşadığı bədbəxt hadisə səbəbindən zədələnib. Bir müddət meydanlardan uzaq qalacaq Palmer Barselona və Arsenal qarşılaşmalarında forma geyinməyəcək. İngilis futbolçunun qasıq zədəsi səbəbindən iki aylıq fasilədən sonra bu həftə yenidən əsas komanda ilə məşqlərə başlayacağı və yaxın vaxtlarda meydana qayıdacağı gözlənilirdi. 23 yaşlı futbolçu evində baş verən qəza nəticəsində sol ayağının kiçik barmağından aldığı zədə səbəbilə bir qədər daha uzun müddət meydana çıxmayacaq.

2026 Dünya Kuboku Avropa play-off mübarizəsində iştirak edəcək Türkiyə A Milli Futbol komandası, yarı finalda Rumaniya ilə üz-üzə gələcək. Oyun 26 mart 2026-cı il tarixində keçiriləcək və Millilər ev sahibi olacaq. 2026 Dünya Kuboku Avropa play-offunun püşkü İsveçrənin Zürich şəhərindəki FIFA Mərkəzində atılıb. E qrupunu ikinci sırada tamamlayan Millilər 1-ci torbadan püşkə qatılaraq, 4-cü torbadan Rumaniya ilə qarşılaşıb.

Kriştiano Ronaldo, Dünya Kuboku öncəsi bugün Ağ Evdə Donald Tramp ilə bir araya gələcək. Portuqaliyalı ulduzun ziyareti həm futbol, həm də diplomatiya dünyasında böyük həyəcan yaratdı. Futbol dünyasının ən tanınmış ulduzlarından Kriştiano Ronaldo, ABŞ Prezidenti Donald Tramp ilə bugün Ağ Evdə görüşəcək. Görüşmə, Portuqaliyanın 2026 FIFA Dünya Kubokuna uğurla qatılmasından sonra, turnuvanın başlamasına bir neçə ay qalmış baş tutacaq.

Barselona klubu prezidenti Joan Laporta, Lionel Messinin klubə icarəyə qayıtacağı yönündəki iddiaları rədd edib. Kataloniya lideri bu ehtimalı “reallığa uyğun deyil” sözləri ilə qiymətləndirib. Messinin ayrılmasından sonra onun bir gün Barselonaya geri dönə biləcəyi barədə iddia yayılmışdı. Lakin Catalunya Radio ilə danışan Laporta icarəyə qayıtma ehtimalını istisna edib.

Türkiyə milli futbol komandası, 2026 FIFA Dünya Kuboku Avropa Seçmə Oyunları E qrupu üzrə altıncı və son matçında sabah səfərdə İspaniya ilə qarşılaşacaq. Bu, Türkiyə millisinin tarixində 647-ci rəsmi oyunu olacaq. Oyunun yeri La Cartuja Stadionudur və qarşılaşma 18 noyabr Bakı vaxtı ilə 23:45-də başlayacaq. Matçın baş hakimi Almaniya Futbol Federasiyasından Felix Zwayer olacaq. Ona eyni ölkədən Robert Kempter və Christian Dietz yardım edəcək, 4-cü hakim isə Sven Jablonski olacaq.

Yaponiyada keçirilən “XXV Yay Deflimpiya Oyunları”nda Azərbaycan öz idman tarixində ilk deflimpiya medalını qazanıb. Medalı ölkəmizi cüdo yarışlarında 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Coşqun Əliyev qazandırıb.

Türkiyənin milli futbol komandası 2026 FIFA Dünya Kubokunun Avropa seçmə mərhələsi çərçivəsində E qrupunun beşinci oyununda Bursada Bolqarıstan yığmasına qarşı meydana çıxacaq. Görüş Atatürk İdman Kompleksi Matlı Stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək. Oyun TV8 telekanalı ilə canlı yayımlanacaq.

“Qarabağ” Futbol Klubu həm meydançada, həm də meydançadan kənarda istənilən irqçiliyi, ayrı-seçkiliyi və ya nifrət dolu davranışı qətiyyətlə pisləyir. Bildirilir ki, 05.11.2025-ci il tarixində UEFA Gənclər Liqası çərçivəsində keçirilmiş “Qarabağ” – “Çelsi” matçında tribunada bir azarkeşin rəqib oyunçuya qarşı irqçi jestləri ilə bağlı hadisə diqqətimizə çatdırıldı

İngiltərə Futbol Federasiyası (FA) Avropa Çempionatı və Dünya Kuboku seçmə mərhələlərinin “çox proqnozlaşdırıla bilən” hala gəldiyini bildirərək, turnir formatının tamamilə yenilənməsinin vacib olduğunu açıqlayıb. FA-nın CEO-su Mark Bullingham, Euro 2028 logosu və oyun cədvəlini təqdim etdiyi tədbirdə çıxışında mövcud seçmə sistemi xüsusilə böyük ölkələr üçün çox asan olduğunu, bunun isə beynəlxalq futboldakı rəqabəti azaltdığını deyib.

Azərbaycan milli futbol komandası bu gün 2026-cı il dünya çempionatının seçmə mərhələsində İslandiya yığması ilə üz-üzə gələcək. Görüş 8-ci km qəsəbə stadionunda saat 21:00-da start götürəcək. Millimiz bu qarşılaşmaya əvvəlki oyundakı məğlubiyyətdən sonra çıxır. Komandamız son matçında Ukrayna ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub. Baş məşqçi bu dəfəki görüşdə səhvləri təkrarlamamaq və azarkeşlərə qələbə sevinci yaşatmaq məqsədində olduqlarını bildirib.

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Ə.Ağayev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Farer adaları matçının baş hakimi olacaq. Bildirilib ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Portuqaliyalı Tiaqo Martins VAR, onun həmyerlisi Bruno Esteves isə AVAR kimi fəaliyyət göstərəcək.