Cəmiyyət

“Yeni reallıq” konsept mesajı ilə keçirilən forumun əsas məqsədi insan resurslarının idarə olunması sahəsində müasir yanaşmaların müzakirəsi, peşəkar təcrübə mübadiləsinin təşviqi və HR sahəsində yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır. Bu konsept, insan resursları sahəsində artıq uzun müddətdir müzakirə olunan, lakin bu gün tam şəkildə qəbul edilən və gündəlik praktikaya çevrilən qlobal dəyişiklikləri ifadə edir. Süni intellektin HR proseslərinə inteqrasiyası, texnologiyanın qərarvermədə artan rolu, iş modellərinin transformasiyası, eləcə də nəsil dəyişimi və yeni əmək davranışları artıq gələcəyə dair proqnozlar deyil — mövcud iş mühitinin ayrılmaz hissəsidir. “Yeni Reallıq” anlayışı HR-ın bu dəyişiklikləri müzakirə etdiyi mərhələdən, onları idarə etdiyi və yönləndirdiyi mərhələyə keçidi simvolizə edir.

Elm və təhsil naziri Emin Əmrullayev martın 10-da Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin müəllimləri ilə görüş keçirib. Görüşdə sözügedən təhsil müəssisələrinin rəhbər heyəti də iştirak edib. Nazir çıxışı zamanı işğaldan azad olunmuş ərazilərdə müasir tədris mühitinin yaradılması və müəllimlərin peşə fəaliyyətini dəstəkləyəcək şəraitin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.

10 mart tarixində Bakı Konqres Mərkəzində Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə “Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbir keçirilib. Tədbir Dövlət Proqramının təqdim etdiyi imkanlar, proqrama müraciət qaydaları və seçim meyarları haqqında gənclərin məlumatlandırılmasına həsr olunub

Energetika Nazirliyində vətəndaşların müraciətlərinin dinlənilməsi məqsədilə növbəti qəbul təşkil olunub. Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların müxtəlif sosial və kommunal məsələlərlə bağlı müraciətləri dinlənilib. Qəbul zamanı mənzillərin təbii qaz təchizatı, qaz sayğaclarının dəyişdirilməsi, işlə təminat və digər mövzularla bağlı müraciətlərə baxılıb. Vətəndaşların qaldırdıqları məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması tərəfindən dərc olunmuş Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatda Azərbaycanın media mühiti ilə bağlı birtərəfli, qərəzli mülahizələrə yer verilib. Bildirilib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununa 2025-ci ildə edilmiş dəyişikliklərlə bağlı hesabatda əks olunan yanaşmalar spekulyativ xarakter daşıyır:

Qahirə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində müxtəlif fənlər üzrə təşkil olunan kurslarda ödənişsiz təhsil alan uşaqlara diplomların təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə çıxış edən Cəmiyyətin İdarə Heyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, həyata keçirilən bu cür maarifləndirici və mədəni layihələr xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, eləcə də mədəni və elmi əlaqələrin inkişafına mühüm töhfə verir.

“Ailədə mübahisələr qaçılmaz ola bilər, lakin onları anlayış, dialoq və mediasiya ilə sülhə çevirmək mümkündür” – Hümmət Əliyev. Turkicworld və VAO oxucularına mediasiya mədəniyyətinin müxtəlif istiqamətlərini təqdim edən silsilə müsahibələrimizi davam etdiririk. Bu həftə ailə münasibətlərində yaranan mübahisələrin məhkəməyə getmədən, qarşılıqlı anlaşma yolu ilə həllini nəzərdə tutan ailə mediasiyası mövzusuna toxunuruq.

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir. 28 fevral 8.00-dan – 9 mart saat 07:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 1918 nəfər təxliyə olunub. Belə ki, 541 Çin, 314 Azərbaycan, 290 Rusiya, 173 Tacikistan, 123 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 26 İspaniya, 26 İran, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 14 Almaniya, 13 Gürcüstan, 13 Macarıstan, 12 Özbəkistan, 10 Bolqariya, 10 Konqo Demokratik, 10 Nigeriya, 8 Braziliya, 8 Böyük Brityaniya, 8 Qazaxıstan, 7 Belarus vətəndaşı təxliyə olunub.

Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bu gün Bakı vaxtı ilə saat 18:00-dan etibarən bərpa ediləcək. Qeyd edilib ki, ilkin olaraq daxili istiqamət bərpa olunur. Məlumatda vurğulanıb ki, hazırda hava limanının dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılmaqdadır. Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.