İqtisadiyyat Nazirliyinin rəhbərliyi tərəfindən bölgələrdə vətəndaş qəbulları davam etdirilir. Xankəndi şəhərində keçirilən qəbul zamanı vətəndaşların sahibkarlığın inkişafı, vergi və sosial məsələlərlə bağlı müraciətlərinə baxılıb. İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Xankəndi şəhərində vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların müraciətləri əsasən sahibkarlığın inkişafı, vergi məsələləri, güzəştli kreditlərin verilməsi, sosial problemlər, o cümlədən işlə təmin olunma və digər mövzuları əhatə edib.
Cəmiyyət
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında Quba 1 saylı Mediasiya Təşkilatı ilə birgə təşkil olunan maarifləndirici görüş keçirilib. 13 mart 2026-cı il tarixində baş tutan tədbir Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan edilmiş 2026-cı il – “Şəhərsalma və memarlıq ili” çərçivəsində təşkil olunub. Tədbirin əsas məqsədi gənclər arasında mediasiya mədəniyyətinin təbliği, hüquqi maarifləndirmənin artırılması və şəhərsalma sahəsində yaranan mübahisələrin sülh yolu ilə həlli mexanizmləri barədə tələbələrə məlumat verilməsi olub.
Yaponiyada noyabr ayında Honda-nın baş icraçı direktoru Toşihiro Mibe (Toshihiro Mibe), o cümlədən "The Drive" nəşrindən olan jurnalistlərə bildirmişdi ki, avtomobil istehsalçısı 2026-cı ildə Ohayo ştatında əvvəlcə "0 Series SUV", daha sonra isə onun fərqli dizaynlı versiyası olan "Acura RSX" modelini istehsal edəcək. "0 Series Saloon" isə onları 2027-ci ildə izləməli idi.
2025-ci ilin dövlət büdcəsində də müdafiə və milli təhlükəsizlik xərcləri artırılıb. Bu, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin olunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu nümayiş etdirir.
Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi ilə görüşüb. Tərəflər kənd təsərrüfatı sahəsində mövcud durum və aqrar sahənin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıb. İctimai Şura üzvləri arıçılıq, balıqçılıq, gülçülük, ixtisaslı kadr məsələləri və digər istiqamətlərdə mövcud olan çətinliklər barədə fikirlərini AQTA təmsilçiləri ilə bölüşüblər.
Bu gün "Çin və Qlobal idarəçilik təşəbbüs "Çin və Qlobal İdarəetmə Təşəbbüsü", "Danışıqlardan kənarda: COP-un həyat qabiliyyətinin qorunması uğrunda mübarizə", "Orta Dəhliz və Avrasiya nəqliyyat qovşağı", "Afrika: bu gün və sabah", "2030 Gündəliyinin həyata keçirilməsinin sürətləndirilməsi: inklüziv artım və dayanıqlı qarşılıqlı əlaqəlilik" kimi mövzular üzrə müzakirələr keçiriləcək
Azərbaycan Respublikasına səfər etmək istəyən Türkmənistan vətəndaşları üçün “ASAN Viza” portalının türkmən dilində versiyası istifadəyə verilib. Bildirilir ki, portalın türkmən dilində versiyasının istifadəyə verilməsi elektron viza rəsmiləşdirilməsi prosesini Türkmənistan vətəndaşları üçün daha rahat və əlçatan etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) və Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən həyata keçirilib
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam edir. Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və digər prosedurlardan keçdikdən sonra ölkə ərazisinə buraxılıblar. Proses aidiyyəti dövlət qurumlarının koordinasiyası ilə davam etdirilir.
Əmək bazarında innovativ yanaşmaların genişləndirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məşğulluq xidmətlərində süni intellekt texnologiyalarının tətbiqi istiqamətində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu çərçivədə gələcəkdə məşğulluq bazarına uyğun tövsiyə sisteminin yaradılması nəzərdə tutulur. Planlaşdırılan sistem vətəndaşın təhsil səviyyəsini, iş təcrübəsini, bacarıqlarını və maraqlarını nəzərə alaraq ona uyğun vakansiya təkliflərini avtomatik şəkildə təqdim edəcək.
Misirin nüfuzlu “əl‑Vafd” qəzetində Misir‑Azərbaycan Dostluq Cəmiyyətinin və bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun geniş müsahibəsi dərc olunub.
Mediada dərc olunan və ya yayımlanan informasiyaya dair tələblər artırılacaq.
Uşağa qarşı cismani cəzanın tətbiqinə görə cərimə tətbiq ediləcək.