Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Elektron siqaret istifadə edənlərin diqqətinə: bu gündən cərimə tətbiq olunur

    1 Aprel 2026 08:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Elektron siqaret istifadə edənlərin diqqətinə: bu gündən cərimə tətbiq olunur
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA

    Bu gündən Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan edilib.

    VOA-nın məlumatına görə, bununla bağlı “Tütün və tütün məmulatı haqqında” qanuna 2025-ci il dekabrın 30-da edilən dəyişikliklər 2026-cı il aprelin 1-dən qüvvəyə minib.

    Qanuna əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilib.

    Həmçinin, qanunda aşağıdakı yeni anlayışlar da müəyyənləşdirilib:

    Qızdırılan tütün məmulatı – tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilməyəcək.
    Elektron siqaret – qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsul. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula biləcək.
    Bununla yanaşı, bu gündən nikotin tərkibli elektron siqaretlər də tütün məmulatı hesab ediləcək.

    Elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsinə görə cərimələr

    Bu gündən həmçinin Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsinə görə cərimələr də tətbiq ediləcək.

    Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə martın 3-də edilən dəyişikliklər aprelin 1-dən qüvvəyə minib.

    Qanuna əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə ediləcək.

    Elektron siqaretlərin və ya onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və ya pərakəndə satışı və ya satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.

    Prezident İlham Əliyev qanunun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman da imzalayıb.

    #Tütün və tütün məmulatı haqqında qanun #elektron siqaretlər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    XI Milli Marketinq Forumu uğurla başa çatıb

    8 İyun 2026 14:28

    Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

    8 İyun 2026 14:08

    Xiaomi 17T smartfonunun icmalı: Mükəmməl kameralara sahib praktik cihaz

    8 İyun 2026 13:33

    Onlayn mediasiya qanunvericilikdə necə tanınır?

    8 İyun 2026 12:37

    Ən yaxşı düyməli telefonlar: 2026-cı ilin reytinqi

    8 İyun 2026 07:50

    Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

    7 İyun 2026 21:27

    Z nəsli üçün sosial-realizm: Siçanlar və adamlar kitabının dərin təhlili

    7 İyun 2026 14:54

    Prisoners - Övladını xilas etmək üçün insan nə qədər irəli gedə bilər?

    7 İyun 2026 13:43

    Worldbreaker - Qlobal fəlakətin və insan iradəsinin epik dramı

    7 İyun 2026 11:00

    Kəlbəcərdə iki hərbçi dərəyə yıxılıb, biri ölüb

    6 İyun 2026 15:44

    Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir

    6 İyun 2026 12:39

    Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

    5 İyun 2026 20:25
    XƏBƏR LENTİ

    Türk döyüş taktikası - İldırım Bəyazidin hərbi dühası: Avropa cəngavərlərinin Dunay sahilindəki süqutu

    Blatini niyə İnfantinonu məhkəməyə verdi? FIFA rəhbərliyi ətrafında yeni qalmaqal

    “Domino nəzəriyyəsi” yanlış idimi? MKİ-nin məxfi hesabatı Vyetnam müharibəsi ilə bağlı nəyi ortaya qoydu?

    Mülayim gücün fortifikasiyası: 2025 Range Rover SE Plug-In Hybrid icmalı

    Tarixdə bu gün - 9 İyun

    Livan UNESCO-ya müraciət edib

    Qalibaf niyə həm döyüşdən, həm də danışıqlardan danışır?

    Qalibaf: ABŞ nə atəşkəs, nə də dialoq axtarır

    İsrailin Zefta qəsəbəsinə hücumu nəticəsində azı 7 nəfər həlak olub

    İran hava məkanı ilə bağlı məhdudiyyətləri ləğv edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.