Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    QHT layihələrinin qalibləri ilə görüş keçirilib

    13 Mart 2026 23:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    QHT layihələrinin qalibləri ilə görüş keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    Martın 13-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən 2026-cı il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüş təşkil olunub.

    VOA Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli və digər məsul şəxslər iştirak ediblər.

    Tədbirdə çıxış edən QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev və Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyeva qalibləri təbrik edərək, onlara uğurlar arzulayıblar. Çıxışlar zamanı layihələrin icrası, hesabatlılığın təmin edilməsi və müvafiq qaydalara əməl olunması barədə zəruri tövsiyələr diqqətə çatdırılıb. Eyni zamanda, seçim mərhələsində hər zaman olduğu kimi, yüksək keyfiyyətli və cəmiyyət üçün faydalı layihələrin dəstəklənməsinə üstünlük verildiyi xüsusi vurğulanıb.

    Daha sonra tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev göstərdikləri dəstəyə görə Prezident Administrasiyasına, eyni zamanda mina və PHS problemlərinə dair birgə qrant müsabiqəsinin təşkilinə, eləcə də layihələrin ekspertizası və qaliblərin seçim mərhələsində göstərdikləri yüksək peşəkarlığa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə dərin minnətdarlığını bildirib.

    R.Hacıyev qeyd edib ki, müsabiqəyə gözləniləndən daha çox sayda layihə təklifinin daxil olması artıq sektor üzrə sağlam rəqabət mühitinin formalaşdığını nümayiş etdirir. Bu amil təqdim olunan layihələrin keyfiyyətinin yüksəlməsinə, eləcə də ümumilikdə vətəndaş cəmiyyəti institutlarının inkişafına müsbət təsir göstərir.

    Sədr əlavə edib ki, bu istiqamətdə əməkdaşlığın gələcəkdə də davam etdirilməsi planlaşdırılır və pilot layihənin nəticələri növbəti mərhələlərdə ayrılacaq resursların həcminə də təsir göstərə bilər.
    Rəhman Hacıyev xüsusi olaraq vurğulayıb ki, ərazilər minadan tam təmizlənmədən bölgədə dirçəliş və dayanıqlı məskunlaşma mümkün deyil, məhz bu səbəbdən seçilmiş layihələrin uğurlu icrası Fondun bu istiqamətdəki fəaliyyətinə mühüm töhfə verəcəkdir. İdarə Heyətinin sədri qaliblərə gələcək fəaliyyətlərində və layihələrin icrasında uğurlar arzulayıb.

    Görüş çərçivəsində QHT nümayəndələrini maraqlandıran çoxsaylı suallar ətraflı cavablandırılıb, təşkilati və texniki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    QHT layihələrinin qalibləri ilə görüş keçirilib
    QHT layihələrinin qalibləri ilə görüş keçirilib
    QHT layihələrinin qalibləri ilə görüş keçirilib
    QHT layihələrinin qalibləri ilə görüş keçirilib
    QHT layihələrinin qalibləri ilə görüş keçirilib
    #Rəhman Hacıyev qrant müsabiqəsinin qalibləri ilə görüşdə iştirak edib #QHT layihələrinin qalibləri ilə görüş keçirilib #Qarabağ Dirçəliş Fondu qrant müsabiqəsinin qalibləri ilə görüş təşkil edib #QHT layihələri və mina problemləri ilə bağlı görüş keçirilib #QHT-lərə Dövlət Dəstəyi Agentliyi qaliblərlə görüş təşkil edib #Qrant müsabiqəsinin qaliblərinə layihələrin icrası ilə bağlı tövsiyələr verilib
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Böyük Britaniyada rəqəmsal inqilab: NHS 505 min əməkdaşı üçün "Microsoft 365 Copilot" sistemini tətbiq edir

    9 İyun 2026 09:00

    XI Milli Marketinq Forumu uğurla başa çatıb

    8 İyun 2026 14:28

    Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

    8 İyun 2026 14:08

    Xiaomi 17T smartfonunun icmalı: Mükəmməl kameralara sahib praktik cihaz

    8 İyun 2026 13:33

    Onlayn mediasiya qanunvericilikdə necə tanınır?

    8 İyun 2026 12:37

    Ən yaxşı düyməli telefonlar: 2026-cı ilin reytinqi

    8 İyun 2026 07:50

    Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

    7 İyun 2026 21:27

    Z nəsli üçün sosial-realizm: Siçanlar və adamlar kitabının dərin təhlili

    7 İyun 2026 14:54

    Prisoners - Övladını xilas etmək üçün insan nə qədər irəli gedə bilər?

    7 İyun 2026 13:43

    Worldbreaker - Qlobal fəlakətin və insan iradəsinin epik dramı

    7 İyun 2026 11:00

    Kəlbəcərdə iki hərbçi dərəyə yıxılıb, biri ölüb

    6 İyun 2026 15:44

    Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir

    6 İyun 2026 12:39
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 10 İyun

    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib

    İranın XİN rəhbəri bildirir ki, ölkə ətrafındakı xarici qüvvələr “davamlı risk” altındadır

    Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir

    ABŞ enerji rəsmisi boğazda hərəkət artımını vurğulayıb

    ABŞ səhm bazarları Trampın İranla saziş ehtimalına işarə etməsindən sonra qalxıb

    Çin Yaxın Şərqdə vəziyyəti sakitləşdirmək üçün konkret addımlar atılmasını tələb edib

    1970-ci illərdə itirilmiş suverenlik necə bərpa edilə bilər?

    Cey Di Vens:İranla uzunmüddətli sülh sazişi ABŞ-ın ən yaxşı seçimdir

    İsrail işğal altındakı sakinlərə qarşı altı Qərb ölkəsi tərəfindən tətbiq olunan sanksiyaları qınayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.