Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib

    13 Mart 2026 17:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında Quba 1 saylı Mediasiya Təşkilatı ilə birgə təşkil olunan maarifləndirici görüş keçirilib.

    VOA Mediasiya Təşkilatına istinadən xəbər verir ki, 13 mart 2026-cı il tarixində baş tutan tədbir Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan edilmiş 2026-cı il – “Şəhərsalma və memarlıq ili” çərçivəsində təşkil olunub. Tədbirin əsas məqsədi gənclər arasında mediasiya mədəniyyətinin təbliği, hüquqi maarifləndirmənin artırılması və şəhərsalma sahəsində yaranan mübahisələrin sülh yolu ilə həlli mexanizmləri barədə tələbələrə məlumat verilməsi olub.

    Tədbir Ulu öndər Heydər Əliyevin və Dövlətimizin müstəqilliyi və suverenliyi uğurunda şəhid olmuş şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad edilərək, Dövlət Himni səsləndirilməklə başlanılmışdır.
    Tədbiri giriş sözü ilə açan moderator Nəhayət Şirinova görüşün əhəmiyyəti barədə məlumat verərək iştirakçıları salamlayıb.

    Daha sonra çıxış edən ADPU-nun Quba Filialının direktor müavini fəlsəfə üzrə doktor – Pərvanə xanım Rzayeva gənclərin hüquqi maarifləndirilməsinin və universitet mühitində belə maarifləndirici görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, müasir dövrdə şəhərsalma və memarlıq sahəsinin inkişafı yalnız texniki və infrastruktur məsələləri ilə deyil, eyni zamanda sosial münasibətlər və hüquqi mədəniyyətlə də sıx bağlıdır.

    Tədbirdə çıxış edən Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas–mediator Hümmət Əliyev mediasiya institutunun cəmiyyətdəki rolundan danışıb. O bildirib ki, mübahisələrin sülh yolu ilə həlli cəmiyyətin inkişafında mühüm əhəmiyyət daşıyır və mediasiya bu baxımdan müasir hüquqi mexanizmlərdən biridir.

    Hümmət Əliyev çıxışında qeyd edib ki, şəhərsalma və memarlıq sahəsində torpaq münasibətləri, tikinti prosesi, mülkiyyət məsələləri və digər səbəblərlə bağlı müxtəlif mübahisələr yarana bilər. Belə hallarda mediasiya tərəflər arasında dialoq qurmağa və qarşılıqlı razılıq əsasında problemlərin həllinə imkan yaradır.

    Quba 1 saylı Mediasiya Təşkilatının mediatoru Təbriz Mirzəbəyov isə çıxışında şəhərsalma və memarlıq sahəsində yaranan mübahisələrin mediasiya yolu ilə həlli imkanları barədə məlumat verib. O vurğulayıb ki, mediasiya mübahisələrin daha qısa müddətdə, daha az xərc və qarşılıqlı anlaşma əsasında həllinə imkan yaradan effektiv mexanizmdir.

    Tədbirin davamında tələbələrlə interaktiv müzakirələr aparılıb, mediasiya institutunun hüquqi əsasları və praktik tətbiqi barədə fikir mübadiləsi həyata keçirilib.

    Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və bu cür maarifləndirici görüşlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd olunub.

    Tədbir iştirakçıları belə görüşlərin gənclərin hüquqi biliklərinin artırılmasına və cəmiyyətdə dialoq mədəniyyətinin inkişafına mühüm töhfə verdiyini bildiriblər.

    Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.

    #ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib #Qubada tələbələr üçün Şəhərsalma və Memarlıqda Dialoq Mədəniyyəti mövzusunda tədbir təşkil olunub #ADPU Quba Filialında mediasiya institutuna dair maarifləndirici görüş baş tutub #Qubada gənclər üçün hüquqi maarifləndirmə tədbiri keçirildi #Şəhərsalma mübahisələrinin mediasiya yolu ilə həlli barədə tələbələrə məlumat verildi #ADPU-nun Quba Filialında dialoq mədəniyyətinə həsr olunmuş görüş keçirilib
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hansı qrafik kartı daha yaxşıdır: GeForce RTX 5070 ilə Radeon RX 9070 GRE modellərini 12 AAA oyununda müqayisə edildi

    10 İyun 2026 00:44

    Böyük Britaniyada rəqəmsal inqilab: NHS 505 min əməkdaşı üçün "Microsoft 365 Copilot" sistemini tətbiq edir

    9 İyun 2026 09:00

    XI Milli Marketinq Forumu uğurla başa çatıb

    8 İyun 2026 14:28

    Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

    8 İyun 2026 14:08

    Xiaomi 17T smartfonunun icmalı: Mükəmməl kameralara sahib praktik cihaz

    8 İyun 2026 13:33

    Onlayn mediasiya qanunvericilikdə necə tanınır?

    8 İyun 2026 12:37

    Ən yaxşı düyməli telefonlar: 2026-cı ilin reytinqi

    8 İyun 2026 07:50

    Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

    7 İyun 2026 21:27

    Z nəsli üçün sosial-realizm: Siçanlar və adamlar kitabının dərin təhlili

    7 İyun 2026 14:54

    Prisoners - Övladını xilas etmək üçün insan nə qədər irəli gedə bilər?

    7 İyun 2026 13:43

    Worldbreaker - Qlobal fəlakətin və insan iradəsinin epik dramı

    7 İyun 2026 11:00

    Kəlbəcərdə iki hərbçi dərəyə yıxılıb, biri ölüb

    6 İyun 2026 15:44
    XƏBƏR LENTİ

    Bu gün Altıgünlük müharibə başa çatdı

    Hansı qrafik kartı daha yaxşıdır: GeForce RTX 5070 ilə Radeon RX 9070 GRE modellərini 12 AAA oyununda müqayisə edildi

    Tarixdə bu gün - 10 İyun

    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib

    İranın XİN rəhbəri bildirir ki, ölkə ətrafındakı xarici qüvvələr “davamlı risk” altındadır

    Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir

    ABŞ enerji rəsmisi boğazda hərəkət artımını vurğulayıb

    ABŞ səhm bazarları Trampın İranla saziş ehtimalına işarə etməsindən sonra qalxıb

    Çin Yaxın Şərqdə vəziyyəti sakitləşdirmək üçün konkret addımlar atılmasını tələb edib

    1970-ci illərdə itirilmiş suverenlik necə bərpa edilə bilər?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.