Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Məşğulluq xidmətlərində süni intellekt tətbiq olunacaq

    12 Mart 2026 18:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Məşğulluq xidmətlərində süni intellekt tətbiq olunacaq
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    Əmək bazarında innovativ yanaşmaların genişləndirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məşğulluq xidmətlərində süni intellekt texnologiyalarının tətbiqi istiqamətində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.

    VOA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu çərçivədə gələcəkdə məşğulluq bazarına uyğun tövsiyə sisteminin yaradılması nəzərdə tutulur. Planlaşdırılan sistem vətəndaşın təhsil səviyyəsini, iş təcrübəsini, bacarıqlarını və maraqlarını nəzərə alaraq ona uyğun vakansiya təkliflərini avtomatik şəkildə təqdim edəcək.

    Sistemin işləmə mexanizminə əsasən istifadəçinin şəxsi anket məlumatları, bacarıq siyahısı və əvvəlki iş təcrübəsi sistemə daxil ediləcək. Süni intellekt modeli həmin məlumatları mövcud vakansiya bazası ilə müqayisə edərək uyğunluq göstəricisini hesablayacaq.

    Aparılan təhlillər nəticəsində vətəndaşlara ən uyğun və yaxın vakansiyalar tövsiyə ediləcək, məsələn, “Sizə uyğun ola biləcək 5 vakansiya” kimi seçimlər təqdim olunacaq.

    Gözlənilir ki, bu tətbiq gələcəkdə iş axtaran vətəndaşların əmək bazarında daha düzgün istiqamətləndirilməsinə, vakansiyalara çıxış imkanlarının genişlənməsinə və məşğulluq xidmətlərinin səmərəliliyinin artırılmasına xidmət edəcək.

    Eyni zamanda sistem işəgötürənlər üçün uyğun namizədlərin daha operativ müəyyənləşdirilməsinə dəstək verəcək və işaxtaranları onların bilik və bacarıqlarına uyğun vakansiyalara yönləndirəcək.

    Məşğulluq xidmətlərində süni intellekt tətbiq olunacaq
    #Azərbaycanda məşğulluq xidmətlərində süni intellekt tətbiq ediləcək #Əmək bazarında yeni mərhələ: vakansiya tövsiyələri süni intellektlə müəyyən olunacaq #Nazirlik məşğulluq sisteminə süni intellekt əsaslı platforma hazırlayır #İş axtaranlar üçün yeni rəqəmsal sistem: uyğun vakansiyalar avtomatik seçiləcək #Süni intellekt məşğulluq xidmətlərini dəyişir – yeni layihə hazırlanır #Azərbaycanda iş bazarında süni intellekt əsaslı tövsiyə sistemi yaradılır
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hansı qrafik kartı daha yaxşıdır: GeForce RTX 5070 ilə Radeon RX 9070 GRE modellərini 12 AAA oyununda müqayisə edildi

    10 İyun 2026 00:44

    Böyük Britaniyada rəqəmsal inqilab: NHS 505 min əməkdaşı üçün "Microsoft 365 Copilot" sistemini tətbiq edir

    9 İyun 2026 09:00

    XI Milli Marketinq Forumu uğurla başa çatıb

    8 İyun 2026 14:28

    Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

    8 İyun 2026 14:08

    Xiaomi 17T smartfonunun icmalı: Mükəmməl kameralara sahib praktik cihaz

    8 İyun 2026 13:33

    Onlayn mediasiya qanunvericilikdə necə tanınır?

    8 İyun 2026 12:37

    Ən yaxşı düyməli telefonlar: 2026-cı ilin reytinqi

    8 İyun 2026 07:50

    Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

    7 İyun 2026 21:27

    Z nəsli üçün sosial-realizm: Siçanlar və adamlar kitabının dərin təhlili

    7 İyun 2026 14:54

    Prisoners - Övladını xilas etmək üçün insan nə qədər irəli gedə bilər?

    7 İyun 2026 13:43

    Worldbreaker - Qlobal fəlakətin və insan iradəsinin epik dramı

    7 İyun 2026 11:00

    Kəlbəcərdə iki hərbçi dərəyə yıxılıb, biri ölüb

    6 İyun 2026 15:44
    XƏBƏR LENTİ

    Bu gün Altıgünlük müharibə başa çatdı

    Hansı qrafik kartı daha yaxşıdır: GeForce RTX 5070 ilə Radeon RX 9070 GRE modellərini 12 AAA oyununda müqayisə edildi

    Tarixdə bu gün - 10 İyun

    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib

    İranın XİN rəhbəri bildirir ki, ölkə ətrafındakı xarici qüvvələr “davamlı risk” altındadır

    Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir

    ABŞ enerji rəsmisi boğazda hərəkət artımını vurğulayıb

    ABŞ səhm bazarları Trampın İranla saziş ehtimalına işarə etməsindən sonra qalxıb

    Çin Yaxın Şərqdə vəziyyəti sakitləşdirmək üçün konkret addımlar atılmasını tələb edib

    1970-ci illərdə itirilmiş suverenlik necə bərpa edilə bilər?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.