Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Bakıda IX Milli İnsan Resursları Forumu keçiriləcək

    10 Mart 2026 22:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bakıda IX Milli İnsan Resursları Forumu keçiriləcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    “Facemark” şirkətinin təşkilatçılığı və “HR Option” şirkətinin təşkilati dəstəyi ilə 16 may tarixində “Baku Marriott Hotel Boulevard”da IX Milli İnsan Resursları Forumu təşkil olunacaq.

    VOA xəbər verir ki, insan resursları sahəsində fəaliyyət göstərən peşəkarları, şirkət rəhbərlərini və HR mütəxəssislərini bir araya gətirəcək forum ölkədə HR sahəsinin inkişafına töhfə verməyi hədəfləyir.

    “Yeni reallıq” konsept mesajı ilə keçirilən forumun əsas məqsədi insan resurslarının idarə olunması sahəsində müasir yanaşmaların müzakirəsi, peşəkar təcrübə mübadiləsinin təşviqi və HR sahəsində yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır. Bu konsept, insan resursları sahəsində artıq uzun müddətdir müzakirə olunan, lakin bu gün tam şəkildə qəbul edilən və gündəlik praktikaya çevrilən qlobal dəyişiklikləri ifadə edir. Süni intellektin HR proseslərinə inteqrasiyası, texnologiyanın qərarvermədə artan rolu, iş modellərinin transformasiyası, eləcə də nəsil dəyişimi və yeni əmək davranışları artıq gələcəyə dair proqnozlar deyil — mövcud iş mühitinin ayrılmaz hissəsidir. “Yeni Reallıq” anlayışı HR-ın bu dəyişiklikləri müzakirə etdiyi mərhələdən, onları idarə etdiyi və yönləndirdiyi mərhələyə keçidi simvolizə edir.

    Forum proqramı çərçivəsində müxtəlif mövzuları əhatə edən panel müzakirələri keçiriləcək.

    I Panel – “Yeni Reallıqda Liderlik”

    Panel çərçivəsində CEO və HR rəhbərlərinin yeni dövrdə dəyişən rolu, süni intellekt və data əsaslı qərarların etik çərçivəsi, yüksək performansla insan rifahı arasında balansın qorunması, eləcə də təşkilati mədəniyyətin yeni reallıqda davamlı şəkildə inkişaf etdirilməsi kimi mövzular müzakirə olunacaq.

    II Panel – “Yeni Reallıqda Oyun Qaydaları”

    Bu paneldə HR və biznes liderləri dəyişən biznes mühitində yeni oyun qaydaları fonunda risklərin idarə olunması, davamlı inkişaf, insan kapitalının qorunması və təşkilati çevikliyin təmin edilməsi kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparacaqlar.

    III Panel – “Yeni Reallıqda İnsan”

    Fərdi çıxışlar formatında keçiriləcək bu panel yeni reallıqda insanın roluna və mövqeyinə fokuslanacaq. Süni intellektlə işləyən əməkdaşların psixoloji adaptasiyası, dəyişiklik yorğunluğu, mənalı iş anlayışı, nəsillərarası əməkdaşlıq və insan ləyaqətinin qorunması kimi mövzular spikerlərin şəxsi təcrübələri və real hekayələri üzərindən təqdim ediləcək.

    Milli İnsan Resursları Forumu dövlət və özəl sektor nümayəndələrini, HR mütəxəssislərini və biznes liderlərini bir araya gətirərək bilik və təcrübə paylaşımı üçün əhəmiyyətli platforma rolunu oynayacaq.

    #HR sahəsində böyük forum Baku Marriott Hotel Boulevardda baş tutacaq #Azərbaycanda insan resursları üzrə növbəti milli forum keçiriləcək #HR mütəxəssisləri Bakıda böyük forumda bir araya gələcək #Yeni reallıq konsepti ilə Milli İnsan Resursları Forumu təşkil olunacaq #Süni intellekt və HR mövzuları Bakıda müzakirə ediləcək
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hansı qrafik kartı daha yaxşıdır: GeForce RTX 5070 ilə Radeon RX 9070 GRE modellərini 12 AAA oyununda müqayisə edildi

    10 İyun 2026 00:44

    Böyük Britaniyada rəqəmsal inqilab: NHS 505 min əməkdaşı üçün "Microsoft 365 Copilot" sistemini tətbiq edir

    9 İyun 2026 09:00

    XI Milli Marketinq Forumu uğurla başa çatıb

    8 İyun 2026 14:28

    Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

    8 İyun 2026 14:08

    Xiaomi 17T smartfonunun icmalı: Mükəmməl kameralara sahib praktik cihaz

    8 İyun 2026 13:33

    Onlayn mediasiya qanunvericilikdə necə tanınır?

    8 İyun 2026 12:37

    Ən yaxşı düyməli telefonlar: 2026-cı ilin reytinqi

    8 İyun 2026 07:50

    Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

    7 İyun 2026 21:27

    Z nəsli üçün sosial-realizm: Siçanlar və adamlar kitabının dərin təhlili

    7 İyun 2026 14:54

    Prisoners - Övladını xilas etmək üçün insan nə qədər irəli gedə bilər?

    7 İyun 2026 13:43

    Worldbreaker - Qlobal fəlakətin və insan iradəsinin epik dramı

    7 İyun 2026 11:00

    Kəlbəcərdə iki hərbçi dərəyə yıxılıb, biri ölüb

    6 İyun 2026 15:44
    XƏBƏR LENTİ

    Lev Tolstoy niyə kəndli qiyafəsində monastıra ziyarətə yollanmışdı?

    Bu gün Altıgünlük müharibə başa çatdı

    Hansı qrafik kartı daha yaxşıdır: GeForce RTX 5070 ilə Radeon RX 9070 GRE modellərini 12 AAA oyununda müqayisə edildi

    Tarixdə bu gün - 10 İyun

    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib

    İranın XİN rəhbəri bildirir ki, ölkə ətrafındakı xarici qüvvələr “davamlı risk” altındadır

    Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir

    ABŞ enerji rəsmisi boğazda hərəkət artımını vurğulayıb

    ABŞ səhm bazarları Trampın İranla saziş ehtimalına işarə etməsindən sonra qalxıb

    Çin Yaxın Şərqdə vəziyyəti sakitləşdirmək üçün konkret addımlar atılmasını tələb edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.