Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və həyat: Şəriət, tarix, əxlaq
    İslam və həyat: Şəriət, tarix, əxlaq

    İlk müsəlman cəmiyyətinin strukturu necə idi?

    10 Fevral 2025 10:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İlk müsəlman cəmiyyətinin strukturu necə idi?
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    İlk müsəlman cəmiyyəti dünyanın daha yaxşı ola biləcəyinə inanacaq dərəcədə nikbin idi. Onlar həyat tərzlərini Quranın ayələri və həzrət Məhəmmədin nümunəvi davranışı əsasında dəyişdirmişdilər. Həyatlarının hər sahəsində islami dəyərləri əsas götürmüşdülər.

    Quran təbiət ilə harmoniya halında işləməyin əhəmiyyətini dəfələrlə vurğulayır. İslam mütəxəssisi Seyyid Hüseyn Nəsr İslamda “insan ilə təbiət arasında ayrılmaz bir bağ” olduğunu qeyd edir.

    Allah Quranda buyurur ki, “Həqiqətən də yer üzündə gözəl nə varsa hamısını, hansının daha yaxşı davrandığını göstərmək və insanları sınaqdan keçirmək üçün bir vasitə etdik”. Bu “sınaqlardan biri, şübhəsiz ki, insanların bu xariqüladə dünyaya qarşı necə rəftar etdikləridir”. Bir digər ayədə necə rəftar edilməsinin vacibliyinə işarə edilir. “Rəhmanın bəndələri yer üzündə təvazökarlıqla gəzirlər”.

    İslam tərki-dünyalığı deyil, dünya nemətlərindən istifadə etməyi vurğulayır. Quran bu fikrin əksini düşünənlərə xəbərdarlıq edir. “Allahın bəndələri üçün yaratdığı zinət və təmiz ruziləri haram elan edən kimdir?” Hətta Quranın müsəlmanlardan istəyi odur ki, verilən müxtəlif nemətlərin, çiçəklərin, meyvələrin, gecə ilə gündüzün, fəsillər arasındakı harmoniyanın və təbiətdəki digər mö- cüzələrin dəyərini dərk etsinlər.

    Seyyid Hüseyn Nəsr “təbiətdəki möhtəşəmliyin” də Allahın “ayə”ləri arasında olduğunu Qurana istinadən xatırladır. “İslam insan və təbiətin bir-birindən tamamən ayrı hesab edilməsini rədd edərək kainata bir vəhdət olaraq baxmağı təklif etmişdir”. Nəsr “yalnız eqosentrik düşüncə ilə yaşayan”lara üz tutur və təbiətə nəvazişlə yanaşmaq yerinə, ona hakim olmaq istəyənləri tənqid edir. Çünki təbiətə hakim olmaq istəyən eqosentrik düşüncə onun məhv edilməsində də pay sahibidir.

    İslam insanlara çox yüksək bir status da verir. İslama görə, insan nə günah içində dünyaya düşmüş bir varlıq, nə də uca və məsuliyyətsiz bir canlıdır. Bəli, insan nə əbədi reenkarnasiya dövriyyəsinə məhkum olmuş şüur sahibi, nə kütlə arasında itib-batmış və heç olmağa məhkum olan biri, nə də ki, həyatı əbəs və mənasız olan bir canlıdır. Quran bütün mürəkkəb quruluş və xarakteri ilə insan varlığının bir möcüzə olduğunu söyləyir.

    Allah bütün bəşəriyyəti uca bir varlıq kimi yaratmışdır. Quran bu uca yaradılış prosesini belə ifadə edir. “Biz Adəm övladını əziz və şərəfli etdik”. Başqa bir ayədə isə deyilir ki, “Biz insanı ən gözəl şəkildə yaratdıq”. Şəbbir Əxtarın da qeyd etdiyi kimi, İslamda “bəşəriyyətin tarixi dastanı insanın alçalması” ilə deyil, ucalması ilə başlayır”. Rəbbin mələklərə “mən yer üzündə bir xəlifə yaradacağam’”, - demişdi. Mələklər: “orada xaos yaradan və qan tökən birinimi yaradacaqsan? Halbuki biz Səni mədh edərək ucaldırıq və Səni təqdis edirik”, - dedilər. Allah: “şübhəsiz, mən sizin bilmədiklərinizi bilirəm”, - dedi.

    İslamın məğzi insanın həqiqi keyfiyyət və istedadının aşkar edilməsinə yönəlmişdir. Quran insanın dəyərli bir varlıq olduğunu və başqa heç bir canlının sahib olmadığı bir lütfün ona bəxş edildiyini dəfələrlə vurğulayır. Bu lütf ağıl üstünlüyü, yaradıcı düşüncə, mühakimə etmə və bunu açıq şəkildə ifadə edə bilmə qabiliyyətidir.

    Peyğəmbər bu lütflərin hamısına və Qurandakı digər təlim və dəyərlərə nümunə olmuşdur. Onun liderliyi ilə Quran sarsılmaz bir vəhdət yaradır. İlk vəhydən etibarən onun bütün həyatı İslama uyğun olaraq cəmiyyətə rəhbərlik etməyə həsr olunmuşdur. Xocsona görə, həzrət Məhəmməd “dəbdəbədən uzaq, çox sadə və mütəvazi bir həyat sürmüşdür. Demək olar ki, hamıya qapısı açıq, səmimi və gülərüz bir insan idi”.

    #İslam irsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əbu Hənifə Muhəmməd ibn Əbdürrəhman ibn Malik əl-Bərdəi: Məkkədə bir azərbaycanlı mühəddis

    31 May 2026 22:00

    Abdullah ibn Səlam: Tövratdan Qurana uzanan həqiqət yolu

    31 May 2026 18:00

    İslam tarixində unudulan qələmlər: Qadın müəlliflərin izi ilə

    31 May 2026 09:00

    Qədim palçıq məscidlər: Tarixin səssiz şahidləri

    21 May 2026 10:56

    İskəndəriyyədən Cündişapura: Səlibçilərin məhv etdiyi, müsəlmanların qoruduğu elm

    20 May 2026 18:00

    İbn Məsud: Peyğəmbər sirlərinin sadiq daşıyıcısı

    10 May 2026 13:02

    Allahın ilk olaraq yaratdığı şey nə idi?

    26 Aprel 2026 16:52

    Uhud döyüşü haqqında nə bilirik?

    26 Aprel 2026 10:53

    Quranın qəlbi Yasin surəsi: Ayələrin mənası və əsas mövzuları

    19 Aprel 2026 13:03

    İslamdan əvvəlki 10 Məhəmməd: Bir adın gizli tarixi və mənşəyi

    5 Aprel 2026 19:00

    Zikr haqqında Quranda nə deyilir?

    5 Aprel 2026 10:29

    İslam və xristianlıqda pişiklərin yeri

    29 Mart 2026 12:07
    XƏBƏR LENTİ

    Böyük Britaniya, Avstraliya, Kanada, Fransa və Norveç İsrail sakinlərinin zorakılığına qarşı koordinasiyalı addım atıb

    Emirates regional gərginliyə baxmayaraq reysləri azaltmayacaq

    Tirdəki İsrail hücumunda ölənlərin sayı 9-a çatdı, 28 nəfər yaralandı

    ABŞ mərkəzi komandanlığı qəzanı təsdiqləyir

    Netanyahunun İran üçün “ömürlük layihəsi” tamamilə “uçub getdi”

    Hizbullah Livan hakimiyyətlərini İranla münasibətlərini düzəltməyə çağırır

    İsrail ordusu Qəzzada iki Fələstin İslami Cihad komandirinin öldürüldüyünü iddia edir

    İsrail donanması Qəzza sahilində doqquz balıqçını həbs edib

    İran bildirir ki, ABŞ Dünya Çempionatında azarkeşlər üçün ayrılan biletləri ləğv edib

    BMT hesabatı: Qəzza və Qərb sahilində insan hüquqları pozulur

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.