Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Ermənistanın Minsk qrupunun bərpasına yönələn cəhdləri Azərbaycana qarşı gizli gündəminin göstəricisidir

    7 İyun 2024 19:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ermənistanın Minsk qrupunun bərpasına yönələn cəhdləri Azərbaycana qarşı gizli gündəminin göstəricisidir
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Ermənistan Xarici İşlər Nazirliyinin bu ölkənin qonşularına qarşı ərazi iddiaları irəli sürməsi faktını təkzib etməyə yönəlmiş 7 iyun 2024-cü il tarixli bəyanatı, əslində, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün maneə təşkil edən çağırışlardan yayındırmaq niyyətindən başqa bir şey deyil.

    AzerVoice xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin 7 iyun 2024-cü il tarixli bəyanatına dair şərhində bildirilir.

    “Bu gün həqiqətən də əsas problem, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarıdır.

    Azərbaycanın milli təhlükəsizliyinə bilavasitə təsir edən bu iddianın Konstitusiyadan çıxarılmasını tələb etməyə legitim hüququ var və bu Ermənistanın daxili işlərinə müdaxilə kimi qələmə verilə bilməz”, - XİN rəsmisi vurğulayıb.

    Ayxan Hacızadə qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyinin bu problemin göz ardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir: “Bununla yanaşı, Ermənistanın keçmiş münaqişənin qalığı olan Minsk qrupunun bərpasına yönələn cəhdləri və hərbiləşmə siyasətini davam etdirməsi bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir.

    Bundan əlavə, Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi tamamilə əsassızdır. Heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır.

    Azərbaycanın sülh prosesi təşəbbüsü ilə çıxış etdiyini və ilkin layihəsi məhz Azərbaycan tərəfindən təqdim edilmiş sülh sazişi üzrə danışıqlar aparmağa Ermənistanı təşviq etdiyini nəzərə alaraq, bu ölkənin Azərbaycan tərəfinin sülh prosesində səmimiliyini şübhə altına almağa heç bir mənəvi əsası yoxdur.

    Ermənistan başa düşməlidir ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrlə suverenlik və ərazi bütövlüyünün tanınması, habelə onlara riayət olunması əsasında münasibətlər qurmaq, həmçinin bu istiqamətdə təhlükə yaradan çağırışları aradan qaldırmaqdır”.

    #Xarici İşlər Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmaq çağırışı edib

    9 İyun 2026 11:33

    Ceyhun Bayramov Yaponiyaya getdi

    9 İyun 2026 09:26

    Almaniya XIN:Hər iki Körfəz ölkəsinə səfərlər risklidir

    6 İyun 2026 22:44

    Səudiyyə Ərəbistanı İranın Bəhreyn və Küveytə hücumlarını pisləyib

    6 İyun 2026 22:05

    Pakistanın daxili işlər naziri danışıqlar üçün Tehrana gəlib

    6 İyun 2026 21:27

    İsmayıl Bəqaidən Livandakı hadisə ilə bağlı açıqlama

    6 İyun 2026 20:02

    İran ABŞ-ı atəşkəsi pozmaqda ittiham edib

    6 İyun 2026 19:19

    Bəhreyn Livanın suverenliyinə dəstəyini bəyan edib

    6 İyun 2026 19:10

    Azov dənizində dron hücumlarında həlak olan və yaralanan azərbaycanlıların sayı dəqiqləşdirilib

    6 İyun 2026 18:42

    Misir İranın Küveyt və Bəhreynə hücumlarını pisləyib

    6 İyun 2026 18:31

    Qətər İranın Küveyt və Bəhreynə hücumlarını pisləyib

    6 İyun 2026 18:23

    İordaniya İranın Bəhreyn və Küveytə hücumlarını pisləyib

    6 İyun 2026 18:11
    XƏBƏR LENTİ

    İran məsələsində İsrail ilə maraqlarımız fərqlidir - Vens

    Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmaq çağırışı edib

    Şimali Koreya qlobal böhranlardan necə qazandı? Pxenyanın gözlənilməz iqtisadi yüksəlişinin pərdəarxası

    Almaniya və Fransa ortaq döyüş təyyarəsi layihəsini dayandırdı

    Ceyhun Bayramov Yaponiyaya getdi

    Böyük Britaniyada rəqəmsal inqilab: NHS 505 min əməkdaşı üçün "Microsoft 365 Copilot" sistemini tətbiq edir

    Türk döyüş taktikası - İldırım Bəyazidin hərbi dühası: Avropa cəngavərlərinin Dunay sahilindəki süqutu

    Blatini niyə İnfantinonu məhkəməyə verdi? FIFA rəhbərliyi ətrafında yeni qalmaqal

    “Domino nəzəriyyəsi” yanlış idimi? MKİ-nin məxfi hesabatı Vyetnam müharibəsi ilə bağlı nəyi ortaya qoydu?

    Mülayim gücün fortifikasiyası: 2025 Range Rover SE Plug-In Hybrid icmalı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.