Bakı, AzerVoice
Bu gün AZAL-a məxsus təyyarənin Aktauda təcili enişi zamanı qəzaya uğraması xəbərini dərin hüznlə öyrəndik.
AzerVoice xəbər verir ki, bu barədə Somalinin Türkiyədəki və Azərbaycandakı qeyri-rezident səfiri Fathudin Ali Ospite "X" hesabında paylaşım edib.
"Azərbaycan Hava Yolları"nın qəzası nəticəsində həlak olanlara dərin hüznlə başsağlığı veririk. Allah bütün şəhidlərin ruhunu şad etsin ", - deyə o bildirib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.