Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    COP29 günlərində Bakıda 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu keçiriləcək

    2 Noyabr 2024 11:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    COP29 günlərində Bakıda 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu keçiriləcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabr 15-də Bakıda mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu keçiriləcək.

    Mədəniyyət Nazirliyindən AzerVoice-a bildirilib ki, dialoqun COP29 Mavi zonasında 90 dəqiqə ərzində baş tutması planlaşdırılır.

    Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Azərbaycanın mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə tədbirdə nazirlər, nazir müavinləri və beynəlxalq təşkilat rəhbərləri iştirak edəcəklər. Bu tədbirdə ekspert və qeyri-hökumət təşkilatı nümayəndələri ilə birgə 120-yə yaxın qonağın iştirakı gözlənilir. Yüksək səviyyəli dialoq mədəniyyəti, o cümlədən incəsənət və irsi iqlim fəaliyyəti gündəliyinə daxil etmək üçün beynəlxalq konsensusa nail olmağa çalışacaq.

    COP29 çərçivəsində Azərbaycan pavilyonunda Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyətinin Dostları Qrupu, UNESCO, Azərbaycan, BƏƏ və Braziliya Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə yan tədbirin keçirilməsi, həmçinin tədbirdə Azərbaycanın təşəbbüsü olan Culture for Climate (C4C) layihəsinin təqdimatı da nəzərdə tutulur.

    Qeyd edək ki, Mədəniyyət Nazirliyi COP29-a hazırlıq çərçivəsində cari ilin ötən dövründə bir çox tədbirlər təşkil edib. Bunlara UNESCO Baş Qərargahında Mədəniyyət Nazirliyi tərəfindən COP29 çərçivəsində həyata keçiriləcək mədəniyyət məzmunlu tədbirlərə dair təqdimat, “COP29 və Mədəniyyət: İqlim dəyişikliyinin mədəni ölçüləri” adlı konfransı, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin mədəni irsə təsirinə dair panel və plenar sessiyalar, Ağdam şəhərində baş tutmuş “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri”nə həsr olunmuş Xüsusi Konfrans, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycan ekologiyası” adlı biblioqrafiya kitabının təqdimatı, eləcə də irili-xırdalı 10-lərlə tədbir daxildir.

    #COP29
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb

    9 May 2026 18:54

    Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

    4 May 2026 19:22

    Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

    4 May 2026 18:03

    Tarixdə bu gün – 13 Aprel

    13 Aprel 2026 00:02

    Kosmosa ilk insan uçuşu, Amerika vətəndaş müharibəsi və Franklin Ruzveltin vəfatı: 12 aprel hadisələri

    12 Aprel 2026 00:01

    İqlim maliyyələşməsi olmadan iqlim gündəliyinin icrası mümkün deyil – Muxtar Babayev

    13 Mart 2026 13:12

    Azərbaycan hər zaman məsələlərin diplomatik və siyasi vasitələrlə həllinin tərəfdarı olub - Yalçın Rəfiyev

    5 Fevral 2026 11:59

    Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqi ilə bağlı Energetika Nazirliyində iclas keçirildi

    29 Yanvar 2026 10:52

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb

    19 Yanvar 2026 18:23

    Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

    14 Yanvar 2026 17:04

    Energetika Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib

    26 Dekabr 2025 20:38

    Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

    23 Dekabr 2025 15:30
    XƏBƏR LENTİ

    Emirates regional gərginliyə baxmayaraq reysləri azaltmayacaq

    Tirdəki İsrail hücumunda ölənlərin sayı 9-a çatdı, 28 nəfər yaralandı

    ABŞ mərkəzi komandanlığı qəzanı təsdiqləyir

    Netanyahunun İran üçün “ömürlük layihəsi” tamamilə “uçub getdi”

    Hizbullah Livan hakimiyyətlərini İranla münasibətlərini düzəltməyə çağırır

    İsrail ordusu Qəzzada iki Fələstin İslami Cihad komandirinin öldürüldüyünü iddia edir

    İsrail donanması Qəzza sahilində doqquz balıqçını həbs edib

    İran bildirir ki, ABŞ Dünya Çempionatında azarkeşlər üçün ayrılan biletləri ləğv edib

    BMT hesabatı: Qəzza və Qərb sahilində insan hüquqları pozulur

    Fələstinlə bağlı alternativ sxemlər: Rusiya indi nə etməyə çalışır?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.