Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Azərbaycanın Ermənistana qarşı başlatdığı arbitraj prosesi üzrə iclas keçirilib

    12 Yanvar 2024 14:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycanın Ermənistana qarşı başlatdığı arbitraj prosesi üzrə iclas keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerPress:

    12 yanvar 2024-cü il tarixində Niderlandın Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında Enerji Xartiyası Müqaviləsinə əsasən Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas keçirilib. İclasda ölkəmizi Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

    Bu barədə AzerPress-ə Xarici İşlər Nazirliyindən bildirilib.

    27 fevral 2023-cü il tarixində Azərbaycan Ermənistanın Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını və beynəlxalq hüququn prinsiplərini pozmasına əsasən kompensasiya tələbi ilə arbitraj prosesinə başlayıb. Azərbaycanın arbitraj bildirişində, Ermənistanın 30 ilə yaxın qanunsuz işğal etdiyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsində yerləşən enerji resursları üzərində ölkəmizin suveren hüquqlarını tanımaqdan və onlara hörmətdən imtina edərək, beynəlxalq öhdəliklərini pozduğu izah edilib.

    Qeyri-qanuni işğal dövründə Ermənistan, Azərbaycanı qanunsuz olaraq öz enerji resurslarına çıxış və onları inkişaf etdirmək imkanlarından məhrum edib, habelə həmin resursları öz istifadəsi və mənfəəti üçün zəbt edib. Azərbaycanın Qarabağ bölgəsində mövcud zəngin su, külək və günəş enerjisi ehtiyatlarından istifadəsinin də qarşısı alınıb.

    Arbitraj prosesi, məsələnin Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların bir neçə raundunda qənaətbəxş həllin tapılmamasından sonra Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq başlanıb. İş üzrə qərar hər iki tərəfdən təyin edilmiş üç hakimdən ibarət arbitraj məhkəməsi tərəfindən qəbul ediləcək. Arbitraj məhkəməsindən Ermənistanın Enerji Xartiyası Müqaviləsi üzrə qanuni öhdəliklərinə əməl etməməsi ilə bağlı qəti qərarın verilməsi və beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli təzminat tələb edilməsi sorğu olunub.

    #Azərbaycan #Ermənistan #Xarici İşlər Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır - Rufiz Hafizoğlu

    9 İyun 2026 13:16

    Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmaq çağırışı edib

    9 İyun 2026 11:33

    Ceyhun Bayramov Yaponiyaya getdi

    9 İyun 2026 09:26

    Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

    8 İyun 2026 17:47

    Maka Boçorişvili: Azərbaycan və Ermənistan arasında müsbət dinamika regionda sülhü gücləndirəcək

    8 İyun 2026 17:20

    Hakan Fidan: Ermənistanla normallaşma prosesi Azərbaycanla sıx əlaqələndirilir

    8 İyun 2026 17:13

    Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda üçtərəfli formatda görüşdü

    8 İyun 2026 16:04

    Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

    8 İyun 2026 11:56

    Paşinyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa sadiqliyini bəyan edib

    8 İyun 2026 10:54

    Paşinyanın partiyası Ermənistan seçkilərində səslərin 56,7 faizi ilə liderlik edir - "Exit-poll"

    7 İyun 2026 21:28

    Almaniya XIN:Hər iki Körfəz ölkəsinə səfərlər risklidir

    6 İyun 2026 22:44

    Səudiyyə Ərəbistanı İranın Bəhreyn və Küveytə hücumlarını pisləyib

    6 İyun 2026 22:05
    XƏBƏR LENTİ

    Böyük Britaniya, Avstraliya, Kanada, Fransa və Norveç İsrail sakinlərinin zorakılığına qarşı koordinasiyalı addım atıb

    Emirates regional gərginliyə baxmayaraq reysləri azaltmayacaq

    Tirdəki İsrail hücumunda ölənlərin sayı 9-a çatdı, 28 nəfər yaralandı

    ABŞ mərkəzi komandanlığı qəzanı təsdiqləyir

    Netanyahunun İran üçün “ömürlük layihəsi” tamamilə “uçub getdi”

    Hizbullah Livan hakimiyyətlərini İranla münasibətlərini düzəltməyə çağırır

    İsrail ordusu Qəzzada iki Fələstin İslami Cihad komandirinin öldürüldüyünü iddia edir

    İsrail donanması Qəzza sahilində doqquz balıqçını həbs edib

    İran bildirir ki, ABŞ Dünya Çempionatında azarkeşlər üçün ayrılan biletləri ləğv edib

    BMT hesabatı: Qəzza və Qərb sahilində insan hüquqları pozulur

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.