Bakı, AzerVoice
Subsidiya müzakirələri davam edərkən, Çin Avropa İttifaqından (Aİ) alkoqollu içki idxalına müvəqqəti olaraq vergi tətbiq etməmək qərarına gəlib.
AzerVoice xəbər verir ki, Aİ-nin Çinin elektrikli avtomobillərinə tariflər tətbiq etməsindən sonra Pekin ticarət gərginliyini azaltmaq üçün hərəkətə keçib.
Çinin Ticarət Nazirliyi cümə axşamı elan edib ki, Avropa mənşəli brendi (alkoqollu içkilər) idxalına müvəqqəti rüsumlar tətbiq etməyəcək.
Açıqlamada bildirilib ki, Aİ Çin bazarını haqsız olaraq alkoqollu məhsullarla doldurmaqda günahlandırılsa da, bu, hələ də gələcək vergi tariflərinin göz ardı edilə bilməyəcəyi anlamına gəlir.
Çinin Ticarət Nazirliyi, "Aİ mənşəli müvafiq idxal olunan brendi məhsulunun dempinqi müşahid edilir [və] yerli brendi sənayesi əhəmiyyətli dərəcədə zərər görmə təhdidi altındadır",- deyə bildirib.
Qeyd edək ki, Pekin bu ilin yanvarında Aİ-nin Çindən gələn elektrik avtomobilləri ilə bağlı təhqiqata başlamasından sonra əks araşdırmaya başlamışdı.
Avropa Komissiyasının fikrincə, Çinli elektrik avtomobil istehsalçıları dövlət subsidiyaları ilə dəstəkləndiyi üçün öz xərclərini süni şəkildə aşağı saxlaya bilər və bu, Aİ-dəki rəqiblərinə mənfi təsir göstərir.
Aİ Çinin elektrikli avtomobillərinə gömrük vergisi tətbiq edə bilər
Komissiya bu ayın əvvəlində ədalətsiz ticarət fəaliyyətlərini tarazlaşdırmaq üçün Çindən gələn elektrikli avtomobillərə 36 faizə qədər idxal vergisi tətbiq etməyi planlaşdırdığını bildirmişdi.
Avropalı içki istehsalçıları Çinin vergi qərarından sonra cümə axşamı öz səhmlərinin artdığını gördülər.
Fransız spirtli içkilər istehsal edən Remy Cointreau şirkətinin səhmləri gündəlik əməliyyatlarda 6,4%, eyni sahədə xidmət göstərən Pernod Ricardın səhmləri 4,3% və Avropanın aparıcı spirtli içki istehsalçısı İtalyan Campari-nin səhmləri isə 1,58 faiz artıb.
Avropa Komissiyasının sözçüsü Olof Gill cümə axşamı keçirilən mətbuat konfransında Çinin qərarına cavab olaraq, "Çin hökumətinin verdiyi bu bəyanatı nəzərə aldıq və Komissiya bu araşdırmanı çox yaxından izləməyə davam edəcək",-deyə qeyd edib.
Gill deyib ki, "Biz təhqiqat boyu zərurət yarandığı təqdirdə Aİ sənayemizi lazım olan şəkildə dəstəkləməkdə qərarlıyıq. Çinə konyak və brendi ixracımızın bütün cari Ümumdünya Ticarət Təşkilatı qaydalarına uyğun olduğuna tam əminik. Onu da qeyd edək ki, Komissiyanın təfərrüatlı qiymətləndirməsi, bu [Çinin] araşdırmasının mahiyyətinin mübahisəli olduğunu da xatırlatmaq istərdim" dedi.
Gill sözlərinə davam edərək, "Aİ ixracatçılarımızı müdafiə etmək üçün bütün lazımi addımları atmaqdan çəkinməyəcəyik.", deyə əlavə etdi.