Bakı, AzerVoice:
Ukraynaya bir nəfər də olsun italyan əsgəri göndərilməyəcək.
AzerVoice xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib.
“Ukraynaya göndərdiyimiz hərbi texnikanın onun hüdudlarından kənarda istifadə olunmasını istəmirik”, - deyə Tajani bildirib.
O, İtaliyanın Rusiya ilə müharibə vəziyyətində olmadığını vurğulayıb.