Bakı. AzerVoice:
Pakistanın baş naziri Şahbaz Şərif Pakistan Müsəlman Liqası-Nəvaz Partiyasının (PML-N) sədri vəzifəsindən istefa verib.
AzerVoice xəbər verir ki, bu barədə Pakistanın İnformasiya və Yayım naziri Marriyum Aurangzeb X sosial media platformasında baş nazir Şərifin istefası ilə bağlı açıqlama verib.
Açıqlamaya görə, Şahbaz Şərif böyük qardaşı və keçmiş baş nazir Nəvaz Şərifin partiya rəhbərliyinə keçməsi üçün tutduğu vəzifədən istefa verib.
Xatırladaq ki, Pakistanda fevralın 8-də Milli Assambleya və Əyalət Məclislərinə keçirilən seçkilərdə keçmiş baş nazir İmran Xanın partiyası olan Pakistan Ədalət Hərəkatının (PTI) dəstəklədiyi müstəqil deputatlar birinci, PML-N isə ikinci olub.
Daha sonra martın 3-də parlamentdə keçirilən səsvermədə PML-N sədri Şahbaz Şərif etibarlı səslərin 201-ni alaraq ikinci dəfə baş nazir seçilib.
Hafiz Rufizoğlu