Bakı, AzerVoice
Pakistanda hərbi obyektə hücum edilib.
AzerVoice xəbər verir ki, hadisə Pakistanın Xayber Paxtunxva vilayətində baş verib.
İlkin məlumatlara görə, hücum nəticəsində 4-ü uçaq olmaqla 12 nəfər ölüb, 30 nəfər isə yaralanıb.
Hadisə nəticəsində həlak olanların meyitləri ailələrinə təhvil verilib.
Qeyd edək ki, bundan əvvəl Pakistanın Bannu vilayətində iftar vaxtı, əsasən təhlükəsizlik qüvvələrinin yerləşdiyi ofis və yaşayış evlərinin yaxınlığında bombalı avtomobillərin istifadəsi ilə hücumlar həyata keçirilib.