Bakı. AzerVoice:
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı mütəmadi görüşlər sülh sazişinin hazırlanmasında mühüm mərhələdir.
AzerVoice xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistan və Qazaxıstan XİN rəhbərləri ilə üçtərəfli görüşdə deyib.