Bakı. AzerVoice:
İraq İranın Bank Melli əməliyyat lisenziyasını ləğv edib, AzerVoice xəbər verir ki, buna səbəbBank Melli İran, bankın İraqdakı fəaliyyətini məhdudlaşdırması olub.
İraq KİV-də ötən həftə dərc edilən sənəddə qeyd olunub ki, CBI İraqda itkilərə məruz qalması, fəaliyyətinin məhdudlaşdırılması, bank əməliyyatlarını başlamaq və ya genişləndirmək qabiliyyətinin olmaması və beynəlxalq sanksiyalara daxil olması səbəbindən İran bankının lisenziyasını ləğv etmək qərarına gəlib.
Qeyd edək ki, 2018-ci ildə ABŞ Maliyyə Nazirliyi Bank Melli İrana qarşı sanksiyalar tətbiq edərək, bankın İraqdakı əməliyyatlarının İran İnqilab Keşikçiləri Korpusunun İraqdakı milislərə pul köçürmək planının bir hissəsi olduğunu iddia edib.
Bu addım İranın beynəlxalq maliyyə şəbəkələrinə çıxışını azaltmaq üçün davam edən səylər kimi qiymətləndirilir.